mumtv.az
mumtv.az

“Növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur” - NARAZILIQ!

“Növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur” - NARAZILIQ!
2-06-2021, 10:47 65 dəfə baxılıb

“Növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur” - NARAZILIQ!

MUMtv.az:"Bakı poliklinikalarının baş həkimləri başqa rayon qeydiyyatında olanları uzaqlaşdırır. Onlara peyvənd olunmaq üçün qeydiyyatda olduqları ərazilərə getmələrini söyləyirlər”.

Meydan TV-yə bu gün 8 saylı Poliklinikada peyvənd olunmaq üçün gedən Bakı sakini bildirib. Deyib ki, qeydiyyatı rayonda olsa da, illərdir Bakıda yaşayır və hər dəqiqə rayona gedib-gəlmək imkanı yoxdur. Odur ki, yaşadığı ərazidəki 8 saylı Poliklinikaya müraciət edib. Ona belə cavab verilib.

"Növbədə gözlədiyim vaxt elan etdilər ki, sabahdan başqa rayondan olanlar getsin Respublika Xəstəxanasına, burada ancaq Nərimanovdan olanlar peyvənd olunacaq”.

Növbədə dayanmış başqa bir şəxs də 5 saylı poliklinikadan eyni problemlə rastlaşdığını deyib:

"Dünən ordan bizə dedilər ki, rayon qeydiyyatındasızsa, gedin Respublika Xəstəxanasına. İcbari Tibbi Sığorta Agentliyinin "randevu.its.gov.az” saytından bu poliklinika üçün növbə almışam. Göründüyü kimi, növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün 8 saylı Poliklinikanın baş həkimi Tamella Kərimova ilə əlaqə saxlayıb. Həkim faktı təsdiqləyib. Bildirib ki, hərə öz rayonundakı, qeydiyyatda olduğu ərazidəki poliklinikanı seçməlidir:

"Fərqli ərazilərdə qeydiyyatda olanların bizim poliklinikada peyvənd olunmasına mən icazə verməyəcəyəm. Sıxlıq yaranır, ərazimizdə yaşayanlar günlərlə gəlib-gedirlər, peyvənd oluna bilmirlər. Ərazidə olan məcburi köçkünlər isə müvafiq qurumdan arayış gətirməklə peyvəndlənə bilərlər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Elnarə Baxış isə Meydan TV-yə belə bir qaydanın olmadığını söyləyib:

"Vətəndaş istədiyi poliklinikada qeydiyyatdan keçib, peyvənd oluna bilər”.

Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Peyvəndlənmə pulsuz həyata keçirilir və ancaq dövlət xəstəxanaları, klinikalarında edilir. Vaksinasiya yeni başlayanda Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanmışdı (4.5 milyon əhalinin istifadəsi üçün). Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilmişdi. Eyni zamanda, Azərbaycanın az miqdarda başqa vaksinlər də aldığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA