Gündəm

İkinci dozada fərqli peyvənd seçmək mümkündürmü
MUMtv.az: - Artıq bir müddətdir ki, ölkədə COVID-19 infeksiyasına qarşı "AstraZeneca” firmasının peyvəndi olan "Vaxzevria”nın da tətbiqinə başlanılıb. Çin istehsalı olan "SinoVac”dan sonra ikinci bir peyvəndin tətbiqi müxtəlif sualları gündəmə gətirib. Məsələn, ilk dozanı bir, ikinci dozanı digər peyvəndlə vurdurmaq olarmı? Yaxud ilk dozada çox halsız olanlar ikinci dozanı vurdurmalıdırmı?

AYNA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib ki, vaksinin 1-ci dozasına ciddi anafilaktik reaksiya müşahidə olunan şəxslərə 2-ci doza vurulmur: "Baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir və bu, 2-ci dozaya əks göstəriş sayılmır”.

Qurumdan o da qeyd edilib ki, vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib: "İki mərhələdə fərqli peyvəddən istifadəyə gəldikdə isə onu qeyd etməliyik ki, heç bir halda fərqli peyvənd vurulmur. Birinci və ikinci doza eyni olur. Bu peyvəndlərin hər biri iki dozada vurulur. İlk peyvənd vurulduqdan sonra 28-ci gündə mütləqdir ki, ilk doza vurulan peyvənd yenidən istifadə edilsin. Çünki fərqli peyvəndlər fərqli yöndə təsir göstərdiyinə görə, başqa peyvəndin artıq istifadə olunması zamanı qoruyuculuq yaranma ehtimalını azaldır”.
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə AYNA-ya açıqlamasında deyib ki, Çinin "SinoVac” vaksini hazırlanarkən ənənəvi üsuldan istifadə edilir: "Sadəcə olaraq burda törədicilər müxtəlif fiziki-kimyəvi amillərin təsiri nəticəsində zərərsizləşdirilir. Amma vektor texnologiyası ilə hazırlanan "AstraZeneca” və yaxud "Sputnik V” vaksinlərinin virusla antigen hissəcikləri digər bir virus - hava-damcı infeksiyası olan "Adena” üzərində kodlaşdırılır və orqanizmə yeridilir, nəticədə süni aktiv imumnitet yaradılır”.

Mütəxəssisin sözlərinə görə, COVID-19 əleyhinə vaksinasiya prosesinin birinci mərhələsindən keçib müxtəlif infeksion xəstəliklərə yoluxanlar da az deyil: "Bəziləri mövsümi qrip, bəziləri isə koronavirusa yoluxur. Yalnız koronavirusa yoluxma halında ikinci doza altı ay kecikdirilə bilər. Əgər insan birinci peyvəndləmədən sonra digər infeksiyalara tutularsa, bu zaman həmin infeksiyadan sağalana qədər ikinci dozanın vurulması əks göstəriş hesab olunur”.

"İkinci vaksinasiya müddəti 5-10 gün müddətində ləngiyərsə, burda elə bir ciddi narahatlıq yoxdur. İkinci peyvəndləməni 5-10 gün müddətindən sonra da həyata keçirmək olar”, - deyə Cavadzadə vurğulayıb.

Qeyd edək ki, Azərbaycana 84 min doza "Vaxzevria” peyvəndi gətirilib. Çin 5 milyon doza "SinoVac” peyvəndinin sadəcə bir partiyasını göndərib. Rusiya ilə imzalanan anlaşma nəticəsində alınacaq 300 min doza (mayın 2-də Rusiyadan Azərbaycana "Sputnik V” vaksinlərinin ilk partiyası - ilkin olaraq 40 min doza peyvənd gətirilib) "Sputnik V” vaksininin tətbiqi ilə vətəndaşların üç seçim imkanı olacaq.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər