Gündəm

Buralarda vaksini 70 MANATA SATIRLAR... - İDDİA

 

 
Mumtv.az: - Azərbaycan sakinlərinin çoxu ya həvəssizcə peyvənd vurdurur, ya da tamam "divara dirənmədən” ümumiyyətlə vurdurmaq niyyətində deyil. Ondan başlayaq ki, peyvənd vurdurmağa tələsməyənlərin çoxu sadəcə yeni vaksinə etibar etmir və gözləyir ki, ətrafdakılar vurdursun, ölüm-itim olmasa, o da sınaqdan keçirsin.

Miflərdən biri budur ki, guya vaksin adı altında insanlara gizli çip yerləşdirilir ki, onların düşüncələrini oxusunlar, hərəkətlərinə nəzarət etsinlər və sairə. İkinci mif budur ki, guya vaksin yerinə insanlara zəhər yeridilir ki, hamısı ölsün. Bəziləri hələ də hesab edir ki, koronavirus yoxdur, mövcud olmayan virusa qarşı vaksinasiyadan keçmək istəmir. Digərləri isə elə düşünür ki, vaksin qadınlarda sonsuzluq yaradır.

Əlbəttə, bütün bu qeyd olunanların heç bir məntiqi və elmi əsası olmasa da, Azərbaycanda vaksinasiya ləng gedirdi və Pfizer gətirildiyi zaman hakimiyyət prosesi sürətləndirmək qərarına gəldi. Bunun üçün vaksinasiya və xəstələnib-sağalanlar üçün immunitet haqda elektron sertifikatlar tətbiq edildi, hansı ki, idman zallarına getmək üçün buraxılış rolunu oynayacaq. Sertifikatlardan daha sonra digər obyektlərə giriş üçün də istifadə olunacağı bildirildi. Vaksinasiya könüllü olaraq qalıb, amma Nazirlə Kabineti xəbərdarlıq etdi ki, iyulun 1-dən əmək və xidmət sahəsində çalışan işçilərin ən azı 80 faizi bu sertifikatlardan birinə sahib olmalıdır. Bundan sonra proses sürətləndi.

Lakin müşahidələr göstərir ki, vaksinasiyadan yayınmaqla sertifikat alanlar da var. Redaksiyamıza daxil olan məlumata görə, Füzuli rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara belə "xidmət” göstərilir. Məlumatı verən mənbə bildirir ki, hətta Füzulidə qeydiyyatda olmayan Bakı şəhəri və başqa rayonların (Ağdam, Laçın, Kəlbəcər, Xaçmaz və. s.) sakinləri Füzuli rayonuna getmədən vaksinin iki dozası üçün 70 manat pulu və özlərinə dair konfidensial pasport məlumatlarını göndərməklə bu işi həll edə bilirlər. Onların adları peyvənd olunmuş şəxslərin siyahısını əks etdirən sistemə yerləşdirilir. Bir sözlə, "Füzuli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs sertifikat bazarı açıb. Yəni, bu tibb müəssisəsində peyvənd olunmuş kimi göstərilən şəxslərin qanları yoxlanılsa, tərkibində vaksinin izi olmayan çoxu aşkarlanar. İstər-istəməz bu sual da ortaya çıxır ki, Bakıda yaşayan adama nə düşüb ki, əlavə yol xərci çəkib peyvənd olunmaq üçün Füzuli rayonuna getsin. Gəlin razılaşaq ki, bu neqativ hal insanların özlərinin və ətrafındakıların sağlamlığı üçün təhlükə vəd edir.//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər