Gündəm

İsrail möcüzəsi, yoxsa nə:
Yeni növ koronavirus əleyhinə hazırlanan peyvəndlərin bir çoxu artıq istifadədir. Bəzi dünya ölkələrində bu proses yavaş-yavaş, müəyyən mərhələlərlə həyata keçirilir. Belə ki, öncə əhalinin böyük risk qrupları, insanlarla daha çox təmasda olan təbəqəsi peyvənd olunur. Peyvəndin virusa qarşı tam qoruyuculuğu faktı təsdiqlənmədiyinə görə isə virusa qarşı olan qaydaların bir çoxu əksər ölkələrdə qüvvədədir.

Lakin bütün bu proseslərdən fərqlənən bir ölkə var - İsrail. İsraildə artıq demək olar ki, əhalinin hamısı peyvənd olunub və həyat əvvəlki kimi davam edir. Bir çox qaydaların yumşaldıldığı, əhalinin böyük əksəriyyətinin küçələrdə rahat gəzib-dolaşdığı İsraildə aprel ayından etibarən maska taxmağın da şərt olmayacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, İsraildə əhalinin, xüsusilə də gənclərin peyvənd olunması üçün maraqlı üsullardan da istifadə edilib. Belə ki, Təl-Əviv bələdiyyəsi gənclərə yönəlmiş kampaniya çərçivəsində şəhərin mərkəzində barları olan bir küçədə səyyar peyvənd mərkəzi qurub. Kampaniya çərçivəsində sözügedən mərkəzdə peyvənd olunmağa gələnlərə müxtəlif növ pulsuz içkilər və şiriniyyatlar paylanılıb. Vaksin vurduranlara içkilərin alkoqolsuz olduğu barədə məlumat verilməyib.

Peyvəndin etibarlılığına İsrail əhalisi və hökumət inansa da, biz də daxil olmaqla, əksər dünya ölkələrində vətəndaşlara xəbərdarlıq olunur ki, peyvənd olunan şəxs belə, yenidən virusa yoluxa bilər. O zaman İsrail niyə belə arxayın, biz və bizim kimi digər ölkələr niyə narahatdır?

AYNA İsrail peyvəndinin sirrini aydınlaşdırmağa çalışıb.

Azərbaycan Tibb Universitetinin dosenti, həkim formokoloq Aydın Əliyev hesab edir ki, virusun olması reallıq, lakin bəzi nüanslar siyasi oyundur: "Təəssüflər olsun ki, bu gün artıq əhalinin sağlamlığı məsələləri dünyanın siyasi dairələrinin alverinə çevrilib. Həkimlər, alimlər qalıb bir kənarda, artıq bombalardan, raketlərdən gözləri doymayan və xəstəlik problemləri ilə dünyanı idarə etməyə çalışan siyasətçilər meydan sulayırlar. Təbii ki, bu xəstəliklər, virus var və yayılmağa davam edir. Maraqlı bir atalar sözü var: ya zəlzələdən, ya vəlvələdən”.

"Dünyadakı çirkli ekoloji mühit, zərərli qidalar, içkilər, sular – bunların hamısı istənilən xəstəliyin törəməsinə, yayılmasına səbəb olur. İnsanın özünü qoruma vasitələrindən başqa yoluxucu, yəni belə viruslu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu peyvənddir. Yəni səhiyyə baxımından xəstənin qəbul edəcəyi profilaktik cəhətdən peyvənddən yaxşı vasitə yoxdur. Niyə daha öncə siyasətin adını çəkdim? Çünki hazırda hərə bir peyvəndi tərifləyir”, - həmsöhbətimiz deyib.

Çin istehsalı peyvənddən istifadə etdiyini qeyd edən həkim bildirib ki, əhaliyə peyvəndlər haqqında ətraflı məlumat verilməlidir: "Azərbaycana gətirilən və Çin istehsalı olan peyvənddən yalnız biz və Türkiyə istifadə edib. Mən də ondan istifadə etmişəm. Çünki Çinin hazırladığı peyvənd virusların ölü variantından hazırlanıb. Digər peyvəndlər haqqında isə məlumatlar cürbəcür yayılır. Fikir versəniz, Avropada bu gün İsveç, İngiltərə istehsalı olan peyvəndlərə "yox” deyilir. Lakin bəziləri də yenidən istifadə edirlər. Bunların hamısı dünya əhalisinin peyvəndə olan etibarını sındırır və insanları çaşdırır”.

"İsraildə isə öz istehsalları olan peyvənddən istifadə edilir. Onlar özləri istehsal edirlər, özləri də istifadə edirlər. Bununla yanaşı İsrail əhalisi keyfiyyətli qidalanır, suları təmizdir, onlar immun sistemi gücləndirən qidalardan düzgün istifadə edirlər. İmmun sistemini də gücləndirməyin ən yaxşı yolu mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün düzgün qidalar qəbul edilməlidir. Yəni keyfiyyətsiz qidalar, dərmanlar olmaz”, - deyə Əliyev vurğulayıb.

Onun fikrincə, Azərbaycana xarici ölkələrdən keyfiyyətsiz qidalar, dərmanlar gətirmək biabırçılıq, düşmənçilikdir: "Bunu şərh etmək üçün söz də tapa bilmirik. Dünyada gedən proseslərdən, Azərbaycanın qələbəsindən sonra, yəqin ki, Azərbaycana keyfiyyətsiz heç nə, o cümlədən də peyvənd gətirməzlər. Şəxsən mən Çin peyvəndindən istifadə etmişəm və ən çox inandığım da bu peyvənddir. Digər peyvəndlərə gəldikdə, indi danışılır ki, Azərbaycanda "Zeneca” və sair peyvəndlər də gətiriləcək. Onu gətirən dövlət idarələri onlar haqqında əhaliyə geniş məlumat verməlidir. Yalnız bundan sonra əhali peyvəndə inanacaq. Məlumat çatışmazlığı cürbəcür şaiyələrə səbəb olur. Mütəxəssislər əhaliyə izah etməlidirlər ki, bu peyvəndlərin keyfiyyəti necədir və biz ona cavabdehik”.

İsraildə hazırkı vəziyyətlə bağlı, orada yaşayan Azərbaycan vətəndaşı Cəmilə Quliyevanın sözlərinə görə, İsrail əhalisi qısa zamanda sürətlə peyvənd olunub və virusla bağlı qəbul edilmiş qaydalar yumşaldılıb: "Artıq 5 milyona yaxın əhali peyvənd olunub və bu proses davam edir. Xəbərlərdən də bildiyiniz kimi, burada virusa yoluxanların sayı da azalmaqda davam edir. Son ayda isə virusdan ölüm halı müşahidə edilməyib”.

"İş yerlərinin hamısı hələ açılmayıb. Amma buna baxmayaraq, ötən aylarla müqayisədə artıq bir çox iş sahələri fəaliyyətlərini bərpa edib. Son məlumatlara görə isə, aprel ayından maskalarla bağlı yeni qərar tətbiq ediləcək. Çox güman ki, maskalarla bağlı qərarda da yumşalma olacaq”, - deyə soydaşımız əlavə edib.

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər