Gündəm

Bütün dünya vaksin pasportumuzu tanıyır, Azərbaycandan başqa
Azərbaycan öz verdiyi vaksin pasportlarını özü qəbul etmir.

DogruXeber.az  Yenicag.az-a istinadən  xəbər verir ki, Azərbaycanda vaksin olunmuş və pasport almış şəxslər xarici ölkəyə səfər edərkən, əgər vaksin pasportunu 2 həftə ərzində alıbsa, gedəcəkləri ölkələrdə onlardan COVİD-19 testi tələb olunmur.

Misal üçün vaksin olunub Türkiyəyə səfər edən şəxslər əgər 2 həftə əvvələ qədər vaksin olunublarsa, onlardan test tələb olunmur.

Azərbaycana gələn hər şəxsdən isə COVİD-19 testi tələb olunur. Bu, normal hal sayıla bilər. Hər ölkənin virusla mübarizə üsulu da fərqli ola bilər. Azərbaycan hansısa ölkənin vaksin pasportuna güvənməyə bilər. Məsələ ondadır ki, Azərbaycan hökuməti öz verdiyi vaksin pasportuna da güvənmir. Belə ki, bir Azərbaycan vətəndaşı vaksin olunub, pasport alandan sonra xarici ölkəyə səfər edir. O, ölkədə bir neçə gün qalandan sonra öz ölkəsinə dönmək istəyəndə, test verməsə, təyyarəyə minməyəcəyi barədə xəbərdarlıq alır.

Bu, o deməkdir ki, Azərbaycan öz verdiyi vaksin pasportuna özü belə güvənmir. Təbii ki, bu tələb Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həyata keçirilir. Xarici bir ölkə Azərbaycan dövlətinin verdiyi vaksin pasportuna güvəndiyi halda, Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə öz ölkəsinin vaksin pasportuna güvənmir. Bu, dolayısı ilə Azərbaycandakı mövcud hökumətinin səhiyyə sisteminə, TƏBİB-ə olan güvəninin də təzahürüdür.

Qısacası, Operativ Qərargah xalqı məcbur edir ki, könüllü vaksin olunsun, ancaq özü öz vaksin pasportunu qəbul etmir. Quru yolları bağlı, öz vaksin pasportuna belə güvənməyib, test tələb edən ölkədə Delta ştammı yayılırsa, çox məsuliyyətsiz bir virusla qarşı-qarşıyayıq. Bu arada, Çin Azərbaycanda ən çox istifadə olunan "Sinovac”ın Delta ştammına gücünün çatmadığını sonunda etiraf etdi. Yəni, pop-kornları hazırlayın, komediyanın üçüncü hissəsi yaxında sinemalarda…
Səxavət Məmməd
www.yenicag.az

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər