Gündəm

“Böyük Qayıdış"a mane olmaq istəyənlərin planları iflasa uğrayacaq

MUMtv.az: -  Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü təmin etdikdən sonra azad edilən torpaqlarda "Böyük qayıdış"ın təmin olunması, həm də əldə etdiyimiz qələbənin dayanıqlığı və möhkəmlənməsi istiqamətində yürüdülən siyasət, o cümlədən həyata keçirilən genişmiqyaslı tədbirlər planı nəinki Ermənistanı, onlara havadarlıq edənləri və bəzi Azərbaycanı sevməyən gücləri ciddi narahat etməkdədir. Bu qüvvələri təkcə azad olunmuş torpaqlara “Böyük qayıdış"ı təmin etmək yox, eyni zamanda dünyada baş verən kataklizmlərə baxmayaraq Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verib, milli maraqlara xidmət edən, habelə müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallığa uyğun olaraq fəal siyasət yürütməsi də əndişələndirir. Həmin qüvvələr ən müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana əngəl olmaq istəyirlər. Elə Ermənistanın son zamanlarda 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq destruktiv siyasət yürütməsi də bunun tərkib hissəsidir. Odur ki Paşinyan yenidən baş nazir seçildikdən sonra 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək əvəzinə, bunun əksinə siyasət yürüdür. Xüsusən də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın açıqlamaları əldə olunan kövrək sülhə ciddi təhdidlər yaradır.

Paşinayan bir yandan sülh əldə etmək üçün Azərbaycan Prezidenti ilə görüşməyə, üçtərəfli işçi qrupun fəaliyyətinin bərpa olunması, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə ən müxtəlif hiyləgərlik variantından istifadə edib 10 noyabr bəyanatının müddəalarının icra etməyib, vaxt qazanmağa çalışır. O, üçtərəfli bəyanatın tələbinə uyğun olaraq nə kommunikasiyaların bərpa olunub, Zəngəzur dəhlizinin açılması, nə sərhədlərin delimitasiyası, nə də sülh sazişinin imzalanması istiqamətində real addım atır. Pozuculuq fəaliyyəti ilə məşğul olub əldə etdiyi razılaşmanın əksinə çıxır.

Ermənistanın son günlərdə dövlət sərhədində Paşinyan hakimiyyəti tərəfindən törədilən təxribatlar da məhz onun bu siyasətinə xidmət edir. Amma nədənsə Azərbaycanın “dəmir yumruğunu” unudur… Paşinyan və Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” yerindədir və o, növbəti dəfə qalxarsa, o zaman onun vuracağı xəsarətlər daha ağır və dağıdıcı olacaq. Nə qədər gec deyil Ermənistan təxribatlardan və erməni hiyləgərliyindən əl çəkib haqq yoluna gəlməlidir. Onsuz da sonunda Ermənistanın Azərbaycanın şərtlərini qəbul edib sülh sazişi imzalamaqdan başqa şansı yoxdur. Hiyləgərlikləri son nəticədə öz başlarında çatladığı kimi, bundan sonra da çatlayacaq və onun ağrısını ermənilər özləri çəkməli olacaq.

Çünki Azərbaycan istər bölgənin, istərsə də dövlətin gələcəyi ilə bağlı strategiyasını müəyyən edib və bu yolla irəliləyir. Azərbaycan bu yolun məsuliyyətini və çətinliyini də yaxşı bildiyindən siyasətini də üzləşəcəyi maneələri necə aşmaq və dəf etmək istiqamətində qurub. Azərbaycan ölkə başçısının dediyi kimi təmkinliliyə üstünlük verərək hədəflərinə doğru irəliləyir.

Bu hədəflərinə nail olmaq üçün Azərbaycan bir yandan işğaldan azad olunan ərazilərə “Böyük qayıdışı” təmin etmək üçün sürətlə genişmiqyaslı tədbirlər planını həyata keçirir. Bunun üçün ilk olaraq infrastruktur, yenidənqurma-bərpa işləri, o cümlədən gələcəyə yönəlik layihələr icra olunmaqdadır. Digər tərəfdən isə regional və daha qlobal səviyyədə əməkdaşlığın təmin olunması istiqamətində real addımlar atır. Azərbaycan bölgədə yaratdığı geosiyasi, geoiqtisadi reallığın tələblərinə uyğun olaraq mövqeyini möhkəmləndirmək üçün siyasət yürüdür.

Azərbaycan Cənubi Qafqazın əməkdaşlıq bölgəsi olması üçün Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və digər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı həyata keçirir. Artıq beynəlxalq aləm, hətta buna qarşı olan Azərbaycanın yaratdığı reallığı qəbul edir və istəməsələr belə, siyasətlərini buna uyğun qururlar. Bilirlər ki, Azərbaycanın yaratdığı reallıq yaxın gələcəkdə həyata keçəcək və bu reallığın yaratdığı fürsətlərdən kənarda qalmaq istəmirlər.

QEYD: Bu material MEDİA Agentliyinin maliyyə yardımı əsasında "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusu ilə əlaqədar dərc olunub.

“Böyük Qayıdış"a mane olmaq istəyənlərin planları iflasa uğrayacaq

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər