Gündəm

Adil Əliyev: Ümummilli Liderin 52 il əvvəl əsasını qoyduğu xalqımıza diqqət və qayğı siyasəti bu gün Prezident tərəfindən uğurla davam etdirilir

 

 

Mumtv.az: - İyulun 14-də parlament sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə müharibə iştirakçısı, bir qrup ictimai fəal, habelə idman sahəsində fəaliyyət göstərən şəxslər ilə görüşüb.

Görüşdə Vətən müharibəsi qazisi Xankişi Yusifov, Təhsil RİM-in direktoru Natiq Lahıcov, arxa cəbhə fəalları – Rusiya Federasiyasının Arxangelsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Elçin Quliyev, habelə tanımış jurnalistlər və ictimai fəallar Nuranə Gülər, Vüqar Rəhimov, Elnur Mustafayev və idmançı Amid Babayev iştirak ediblər.
Adil Əliyev görüşdə çıxış edərək ümummilli lider Heydər Əliyev 1969-cu ilin bu günü ölkəmizdə siyasi rəhbərliyə gəlməsi ilə tariximizdə dönüşün yarandığını, bir sıra digər sahələr kimi, gənclər və idman sahələrinin də əsasının qoyulduğunu bildirib. Həmin dövrdə yaranmış müxtəlif çətinliklərə baxmayaraq, məhz Ulu Öndərin gərgin əməyi nəticəsində ölkəmizdə peşəkar hərbi kadrlar hazırlayan Çəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyətə başladığını, idmanda kütləviliyin təmin edildiyini, gənclərimizin ali təhsil almaq məqsədilə o dövrün ən nüfuzlu ali məktəblərinə göndərildiyini vurğulayan Milli Məclis sədrinin müavini həmin dövrün Azərbaycanın ictimai-siyasi, həmçinin iqtisadi həyatında intibah dövrü olduğunu bildirib. 1969-1982-ci illərdə ölkəmizdə təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və digər sahələrin potensialından xalqın rifah halının yüksəldilməsi üçün istifadə edildiyi diqqətə çatdırılıb. Təəssüflə qeyd edilib ki, Ümummilli Liderin yaratdığı və formalaşdırdığı bu uğurlu siyasət modeli sonradan hakimiyyətə gələnlərin səriştəsizliyi ucbatından sıradan çıxdı, respublikamızda bütün sahələrdə tənəzzül yaşandı.
Komitə sədri, habelə, Ulu Öndərin 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğuğu, qısa müddətdə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin məhv olmaq təhlükəsinin qarşısının alındığını bildirib.
"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam və inkişaf etdirilən ordu quruculuğu, gənclər və idman siyasəti də daxil olmaqla, bütün sahələrdə görülən işlər nəticəsində Azərbaycanda güclü dövlət və ordu formalaşdı. Hərbi sahəyə göstərilən diqqət və qayğı, bu sahədə görülən genişmiqyaslı işlər nəticəsində Ordumuzun döyüş arsenalı müasirləşdirildi. Şanlı Ordumuz müasir silahlarla təchiz edildi, hərbi qulluqçularımız yüksək döyüş hazırlığı qazanmaq üçün xarici ölkələrdə kurslara göndərildi, nəticədə peşəkar ordu formalaşdırıldı”, – deyə A.Əliyev qeyd edib.
Ermənistanın hərbi təxribatlarına toxunan Milli Məclis sədrinin müavini qeyd edib ki, düşmənin törətdiyi təxribata rəşadətli Ordumuz tərəfindən layiqli cavab verildiyi, habelə əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməsi məqsədilə Müzəffər Ali Baş komandan tərəfindən ötən il sentyabrın 27-də əks-hücum əməliyyatları barədə əmr verildi. Vətən müharibəsi nəticəsində xalqımız tarixi Zəfər qazandı. Şanlı Ordumuzun döyüş meydanında göstərdiyi şücaət, yüksək döyüş hazırlığı nəticəsində düşmənin məğlub olaraq kapitulyasiya aktına imza atması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən əlamətdar hadisələrindən biridir.
Adil Əliyev müharibədən sonra ölkəmizdə əsas prioritetlərin Qarabağın dirçəlişi, şəhid ailələrinin və qazilərin qayğılarının həlli olduğunu bildirib. Deyib ki, həm dövlətimizin başçısı, həm də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinin və qazilərin problemlərinin həlli ilə bağlı çoxsaylı tapşırıqlar verilib. Eyni zamanda, şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar ev, avtomobil ilə təmin edilir.
Milli Məclis sədrinin müavini deyib ki, şəhid ailələrini və qaziləri narahat edən məsələlərin həllində hər bir vətəndaşımız üzərinə düşən vəzifələri könüllü olaraq icra etməlidir.
Eyni zamanda, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə toxunan A.Əliyev gələcək nəsillərin sağlam, milli-mənəvi dəyərlərə uyğun olaraq yetişdirilməsinin vacibliyinə toxunub.
Səmimi qəbula görə təşəkkürlərini bildirən görüş iştirakçıları Vətən müharibəsində xalqımızın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Dövlətimizin başçısının ətrafında sıx birləşmiş xalqımızın bundan sonra da şəhid ailələrinin və qazilərin yanında olacağını, həqiqətlərimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib, Vətən müharibəsində qazandığımız Zəfərin tariximizin ən parlaq səhifəsi, eyni zamanda, xalqımızın qürur mənbəyi olduğunu qeyd ediblər.//qanunla.az


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər