Gündəm

Ordumuz daim hazırlıq vəziyyətində olmalıdır
Martın 15-dən 18-dək Azərbaycan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı hərbi təlimləri keçiriləcək. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi, raket və artilleriya qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasına yönəldiləcək.

Təlimlərdə qoşunlar terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları da icra edəcək. Heç şübhəsiz, genişmiqyaslı təlimlər Ermənistandan səslənən revanşist çağırışlara da ciddi mesaj olacaq. Xatırladaq ki, bu, Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra keçirdiyi ilk irimiqyaslı hərbi təlimlərdir.

Görünən odur ki, şanlı Zəfərdən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Azərbaycan Ordusu döyüş qabiliyyətini daha da gücləndirməkdə, təkmilləşdirməkdədir. Bu da Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş Komandanın elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur. Məlumatda göstərildiyi kimi, təlimlərin bir hissəsi dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək. İstisna deyil ki, poliqon qismində həm də işğaldan azad edilmiş ərazilərimiz seçilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr də yeni və mühümdür. Ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları hücum əməliyyatları üzərində qurulmuşdu. İndi senari dəyişib və Ordumuzun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Ermənistanda və Qarabağda revanşist qüvvələrin olduğu bəllidir. Yaxın zamanda qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməzsə, onların güc yolu ilə tərksilahı qaçılmaz olacaq.

Təlimləri "Şərq”ə dəyərləndirən ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına xüsusi önəm verir. Hərbi ekspertin sözlərinə görə, ordumuzun arsenalında olan demək olar ki, bütün silah-sursat müasir standartlara uyğun, ən yeni texnikalardır:

"Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin istifadə etdiyi modern hərbi vasitələrdən istifadə edir. Zabit və əsgərlər yeni texnikaları tətbiq etməyi öyrənməli, hərbi bilgilərə yiyələnməli, döyüş taktikalarını dərindən mənimsəməlidir.

Hərbi təlimlər real döyüşlər qədər əhəmiyyətlidir. Çünki ordu təlimlərlə güclənir, təkmilləşir və peşəkarlaşır.

Xüsusən, hərbi təlimlərin dağlıq və meşəlik relyefdə keçirilməsi olduqca önəmlidir. Regiondakı durum hamıya bəllidir. Hər an Qarabağın məlum bölgəsində erməni təxribatı, terrorçu qrupların qanunsuz fəaliyyəti ilə rastlaşa bilərik.

Ona görə də silahlı qüvvələrimiz daim hazırlıqlı vəziyyətdə olmalı, ayıq-sayıqlıqlarını itirməməlidir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda duran ən böyük vəzifə ərazilərimizi düşməndən qorumaq və istənilən təcavüz cəhdinə ən sərt şəkildə cavab verməkdir”.

C.Xəlilov hesab edir ki, təlimlər ordunun döyüş gücünün artırılması ilə yanaşı, zabit və əsgər heyətinin psixoloji-mənəvi durumunun, savaş ruhunun yüksəldilməsinə də xidmət edir:

"Hərbçilər çətin döyüş tapşırıqlarını icra etməklə mübarizə ruhları daha da artır. Ən əsası isə düşmənlərimiz və onların havadarları Azərbaycan Ordusunun gücünü hər zaman hiss edirlər. Təlimlər qonşu ölkələrə hərbi qüdrətimizi unutdurmayacaq. Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər