Gündəm

Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Mumtv.az Milli Məclisin deputatı Əminə Ağazadənin məqaləsini təqdim edir:

Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında hələ üzun müddət müxtəlif səpkili araşdırmalar, analizlər aparılacaq, kitablar yazılacaqdır. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır. Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. İndi haqlı olaraq xalqımız 30 ilə qədər bir dövr ərzində işğal altında olan torpaqlarımızın azad edilməsini, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, böyük sevinclə bayram edir.

 

Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış, əslində reallıqla heç bir əlaqəsi olmayan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycan öz ərazi bütövlüyü bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı heç şübhəsiz Azərbaycan dövlətinin maraqlarına tam uyöun olaraq hazırlanıb və bu həm də tarixi diplomatik qələbədir. Azərbaycan ordusunun Döyüş meydanında qazandığı qələbə siyasi müstəvidə də çoxillik arzularımızın həyata keçməsinə zəmin yaratdı. Regionda hərbi-siyasi vəziyyətin dəyişməsi Naxçıvanın da blokadadan azad olunmasına imkan verdi.

Hesab edirəm ki, bu sənədin ən vacib məqamlardan biri də münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması və Türkiyə dövlətinin bu mərkəzdə təmsil olunmasıdır. Tərəflər arasında imzalanmış bəyanatın bütün müddəaları ilk növbədə ölkəmizin, xalqımızın maksimum səmərəsinə hesablanmışdır.

Dağlıq Qarabağla bağlı artıq heç bir status mövcud deyil, bu ərazidə olan bütün yaşayış məntəqələri Azərbaycan dövlətinin ayrılmaz hissəsi, bütöv Vətən torpağıdır.

Bu gün Ermənistanda müşahidə etdiyimiz sosial-siyasi mənzərə erməni cəmiyyətindəki xaosun, özbaşnalığın aydın nümunəsidir. Son 30 il müddətində heç bir danışıqlara, dünya dövlətlərin çağırışlarına qulaq asmayan, özü üçün yaratdığı "alı irq", "yenilməz cəngavər" mifi ilə beynəlxalq arenada lovğalanan Ermənistan hakimiyyəti artıq vətəndaş müharibəsi astanasına qədər yuvarlanmış miskin bir vəziyyətdədir. Bir-birini xəyanətdə, ikiüzlülükdə günahlandıran erməni siyasi liderləri hər gün bu xaosun daha da dərinləşməsinə, erməni cəmiyyətinin dibi görünməyən bir quyuya sürüklənməsinə rəvac verirlər. Ermənistanda artıq başa düşürlər ki, minlərlə gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə ölkəni daha da dözülməz vəziyyətə çatdıracaqdır.

Xalqımızın bu zəfəri müasir tariximizdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi. Bu Qələbə Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanının, Azərbaycan əsgərinindir. Bu Qələbə dönməzdir, əbədidir!


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər