Gündəm


Vətən müharibəsindən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı əsas hədəflərdən biri hesab olunur. Bu istiqamətdə müvafiq işlərə başlanılıb və bəzi ərazilərdə pilot layihələrin icrası barədə qərar qəbul olunub.

"Həftə içi” qəzetinin müsahibi – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli ilə bu mövzu ətrafında müzakirə aparmışıq.

- Əli müəllim, işğaldan azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına qazandırılması üçün hansı addımlar atılmalıdır?

- Bu sualla bağlı əsas məqamlar Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in işğaldan azad olunmuş ərazilərə böyük qayıdış adlandırılan dördüncü istiqamətində öz əksini tapıb. Həmin sənədin əsas qayəsinə uyğun olaraq müharibədə əldə edilmiş qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.Eyni zamanda regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.

Bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsədə nail olunması nəzərdə tutulur. Birincisi, dayanıqlı məskunlaşmadır. Belə ki, hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. İkincisi isə iqtisadi fəaliyyətə reinteqrasiyadır. Yəni, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.

- Böyük Qayıdış Proqramı ilə bağlı təklifləriniz nədən ibarətdir?

- Müharibədən sonra yaranmış yeni reallıqların, eləcə də qarşıdan gələn postpandemiya adlandırılan yeni mərhələnin tələb və çağırışlarından çıxış etməklə demək olar ki, iqtisadiyyatımızın bundan sonrakı fəaliyyıtini daha dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli meyarlar əsasında qurmaqdan ötrü iki mühüm proqram - birincisi, Modern Azərbaycan iqtisadi modelini reallaşdırmaq üçün "Post-konflikt dövrünün yeniləşmiş Azərbaycanı Proqramı”, ikincisi isə onun mühüm tərkib hissəsi kimi, Post-konflikt Ərazilərin Bərpası üzrə "Böyük Qayıdış Proqramı”ı hazırlanıb, bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir. Həmin proqrama uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda normal həyat üçün yaşayışın bərpa edilməsinin səmərəli fəaliyyət göstərən işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir.

Azərbaycan işğal altında olan torpaqları intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intelektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir. İşğal nəticəsində ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Ona görə də işğaldan azad edilmiş torpaqların tam bərpası üzrə həmin reallıqları nəzərə alan genişmiqyaslı proqram və onun alt proqramları həyata keçirilməyə başlayıb və bu işlər getdikcə sürətlənir və genişlənir.

- Prosesin daha da sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac varmı?

- Birincisi, işğaldan azad ediliş ərazilərdə başlanan bərpa işlərinin gedişi göstərir ki, Post-konflikt Ərazilərin Bərpası üçün "Böyük Qayıdış Proqramı”nın birinci hissəsi təxirəsalınmaz tədbirləri özündə əks etdirir. İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın müəyyən qədər təcrübəsi var. 2016-cı ildə düşmən təhlükəsindən qurtarılan Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində görülən sürətli bərpa işləri, eləcə də müharibədən keçən qısa müddt ərzində görülən işlərin miqyası, məsələn,yol çəkilişi,ermənilərin dağıtdıqları elekrtik stansiyaların bərpası,işıq çəkilşi və sair bu kimi işlər də göstərir ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində ən qısa zamanda ilkin xarakterli zəruri işləri görməyə qadirdir. Bura ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, rayondaxili, rayonlararası və digər vacib yolların bərpası və inkişafı, su təchizatı, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin bərpası və inkişafı, səhiyyə və digər sosial obyektlərin bərpası və tikintisi və s. bu kimi məsələlərin həlli daxildir. Məskunlaşma genişləndikcə, hazırda həyata keçirilməyə başlanılan infrastruktur xarakterli tədbirlər, yəni su, işıq, istilik və s. təchizat sahələrində atılan addımlar həmin yerlərdə bağça, orta təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərinin, eləcə də səhiyyə və digər sosial obyektlərin yaradılması və maddi-texniki təchizatı ilə bağlı tədbirlərlə tamamlanacaq. İkincisi, "Böyük Qayıdış Proqramı”nın ikinci hissəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən hər bir şəhər və rayonun spesifik xüsusiyyətləri və potensialını nəzərə almaqla hazırlanan alt proqramlar toplusundan ibarət olmalıdır. Burada bütövlükdə işğaldan azad edilmiş ərazilərin iqtisadi, coğrafi və tarixi baxımdan inkişaf xüsusiyyətləri, təbii şəraiti və potensialı, təbii sərvətlərinin miqyası və çeşidi, onların Ermənistan tərəfindən talan edilmə səviyyəsi, əhalinin məskunlaşma proqnozları, rayonun müqayisəli üstünlükləri, prioritetləri və sair bu kimi göstəriciləri,parametrləri aiddir. Bütün bu baza xarakterli amilləri nəzərə almaqla sözügedən regionun inkifanın yeni mərhələsini dövlət, özəl sektor, beynəlxalq qurumlarla əməkdaşlığın qurulması və xarici sərmayənin birgə fəaliyyətinin effektiv kombinasiyası əsasında icra etmək olar.

Üçüncüsü, işğaldan azad edilmiş ərazilərin bərpası elə həyata keçirilməlidir ki, çox böyük potensiala malik olan Qarabağ zəruri infrastruktur layihələri gerçəkləşdirildikdən sonra region onilliklər boyu təkcə birtərəfli qaydada dotasiyaya oturulan, davamlı olaraq yardımlar hesabına yaşayan bir zona yox, ora qoyulan çoxmilyardlı sərmayələrin hesabına optimal müddətdə dayanıqlı inkişaf trayektoriyasına çıxa bilən, eləcə də həyat səviyyəsi digər regionlardan yüksək olan bir məkana çevrilsin. Buna nail olmaqdan ötrü bərpa və məskunlaşma işlərində Azərbaycanın özünün və eləcə də dünya ölkələrinin qabaqcıl təcrübəsindən yaradıcılıqla yararlanmaq çox vacibdir. Bir sıra mütəxəsssislərin də xüsusi vurduladıqları kimi, çoxlu sayda xırda kəndlərin bərpasına sərf ediləcək vəsait əhalisi, məsələn, Gəncə, Sumqayıt kimi Azərbaycan meyarları ilə kifayət qədər iri hesab olunan şəhərlərin və həmin ölçülü şəhərlərə uyğun sənaye müəssisələrinin yaradılmasına qoyulsa, orta perspektivdə ölkəmiz bundan daha çox udmuş olar. Bundan ötrü həm müasir şəhərsalma təcrübəsindən yararlanmalıyıq, həm də investisiya cəlb etmək üçün beynəlxalq standartla uyğun səviyyədə təminatlar yaradılmalı və bu əsasda yerli və xarici sərmayəni cəlb etməklə azad sahibkarlığa geniş meydan verilməlidir. Sənaye şəhərcikləri, sənaye məhəllələri, aqroparklar və digər modern aqrostrukturlar,xidmət sahələri, eləcə də sənaye, kənd təsərrüfatı, kiçik və orta biznes və s. üzrə klasterlər yaratmaqla yüksək nəticələrə nail olmaq olar. Bunun üçün müvafiq investisiya xəritəsinin tərtib edilməsi və bir sıra sahə və istiqamətlər üzrə pilot layihələrin həyata keçirilməsinə geniş meydan verilməsi zəruridir.

- Məlumdur ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün böyük həcmdə maliyyə vəsaiti lazım olacaq. Bu məsələdə əsas yükün dövlət üzərinə düşməməsi üçün hansı addımları atmaq olar?

-Təbii ki, işğaldan azad edilmiş ərazilərin bərpası və onun potensialının hərəkətə gətirilməsi böyük maliyyə tələb edir. Sözsüz ki, bu məsələdə əsas güc dövlətin üzərinə düşəcək. Bu məqsədlə 2021-ci ilin büdcəsində 2,2 milyard manat nəzərdə tutulub. Amma bu yalnız ilkin məbləğdir. Daha iri məbləğlərin cəlb edilməsi üçün dövlət və özəl qurumlar arasında əməkdaşlığın effektiv kombinasiyasına nail olmaq çox vacibdir. İrimiqyaslı infrastruktur xarakterli layihələr əsasən dövlət və mümkün dairədə beynəlxalq qurumlar hesabına, istehsal, xidmət və s. sahələrin qurulmasında isə özəl təşəbbüsə geniş meydan verilməlidir. Özəl təşəbbüsə geniş meydan verməklə təklif etdiyimiz post-konflikt Ərazilərin Bərpası üzrə "Böyük Qayıdış Proqramı”nda nəzərdə tutulan tədbirlərin dövlət büdcəsi; Dövlət Neft Fondu; büdcədənkənar digər dövlət fondları; mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri; Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri; yerli və xarici sahibkarların vəsaitləri; beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri; qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına geniş şaxali şəkildə maliyyələşdirilməsi bu yöndə həyata keçirilməli işlərin vaxtında və tam şəkildə reallaşdırılması üçün ciddi maliyyə təminatı yaradar. Eyni zamanda maliyyə vəsaitlərindən istifadənin vacib şərtlərindən biri kimi,hər il bərpa işlərinə mal-material və məhsuldar şəkildə həzm edilə bilən qədər maliyyə ayrılmalıdır. Sadalanan tədbirlərin vaxtında, sistemli, davamlı və keyfiyyətli şəkildə həyata keçirlməsi həm məskunlaşma sahəsinə mühüm addım olmaqla ölkə əhalisinin 30 faizindən, şəhər əhalisinin isə yarıdan çoxu ilə demoqrafik cəhətdən yüklənmiş Bakı və Abşeronda cəmləşməsinin yaratdığı bir sıra problemlərin xeyli yumşalmasına səbəb olacaq, həm də xarici sərmayənin gəlişi güclənəcək. Eyni zamanda, ölkəmizin yerli məhsullarla təchizatının yaxşılaşmasına, eləcə də qeyri-neft sektorunun eksportunun artmasına gətirib çıxaracaq, Azərbaycanın gücünə güc qatacaq, nüfuzunun artmasına, həm də əhalinin güzaranının yaxşılaşmasına müsbət təsir göstərəcək.

Son xəbərlər

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər