Gündəm

 

 

 

 

 

 

Bu gün Azərbaycanda Ordu quruculuğu prosesi də ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq inkişaf etməkdədir. Güclü orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Bütün bunlar eyni zamanda, Ali Baş Komandanımız cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısının bariz nəticəsidir.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

"Düzdür, bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi müxtəlif bəhanələri ilə danışıqlar prosesini pozmağa cəhdlər göstərirlər, amma fakt budur ki, artıq onların qaçacaq bir yerləri də yoxdur. Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Artıq Azərbaycanın qüdrətli silahlı qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. İllərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən irimiqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır. Bu isə, eyni zamanda Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıbseçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini göstərən sübutdur.

Bu baxımdan da çıxış edərək belə nəticəyə gələ bilərik ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bundan sonra da ordumuzun gücünü artırmalıyıq. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilməkdə davam edir, hərbçilərimizin xidmət şəraiti, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti və ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın inkişafını dəstəkləməli, Ali Baş Komandan, ölkə rəhbərimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. Biz, Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!", - deyə Prezidentin köməkçisi bildirib.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər