Gündəm

İrəvanda revanşistlər hakimiyyəti ələ keçirərsə...
Ermənistanda yaşanan hakimiyyət böhranı və baş verən son proseslər II Qarabağ savaşının sonunu gətirən 10 noyabr sazişi ətrafında ən müxtəlif müzakirələr açır. Bir növ bu istiqamətdə müəyyən narahatlıqlar yaranıb. Doğrudur, əksəriyyət arxayındır ki, Rusiya erməni baş nazir Nikol Paşinyanı hakimiyyətdən aşırıb, yerinə kimisə gətirsə belə, 10 noyabr sazişi qüvvədən düşmür. Amma belə bir təhlükə var ki, hakimiyyət dəyişikliyi olacağı təqdirdə, revanşistlər hakimiyyətə gələ bilər və o halda razılaşmanın icrası yubana bilər, həm də bir il yox, bir neçə illər...

YAP-çı deputat, politoloq Elman Nəsirov "Yeni Müsavat”a açıqlamasında beynəlxalq aləmin də legitim hakimiyyətə sahib Paşinyanın yanında durduğunu qeyd etdi: "Əvvəla, onu qeyd edim ki, Ermənistandakı siyasi gərginlik özünün pik nöqtəsinə yaxınlaşmaqdadır. Orada kim-kimi mübarizəsi gedir. Yəni Paşinyan revanşistlərə, yoxsa revanşistlər Paşinyana qalib gələcəklər? Bu mübarizədə hiss olunur ki, erməni baş nazirin mövqeyi rəqiblərindən daha güclüdür. Paşinyan və revanşistlərin keçirdikləri mitinqlərə diqqət edək. Müqayisə edəndə Paşinyan tərəfdarları qat-qat müxalifətçilərdən çox idi. Bu onun mövqeyinin nə qədər güclü olduğunun əsas göstəricisidir. Digər tərəfdən, beynəlxalq dəstək də Paşinyanın yanındadır. Amerikanın dövlət katibinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistandakı siyasi proseslərə qiymət verilir və birbaşa, yaxud dolayısı ilə Paşinyanın mövqeyi müdafiə edilir. Birləşmiş Ştatlar legitim hakimiyyəti tanıdığını və Ermənistandakı proseslərin dinc yolla həllinin tərəfdarı olduğunu bildirir. Heç bir halda hakimiyyətin zəbtindən söhbət gedə bilməz. Analoji mövqeyi Rusiya da bildirib. Eyni zamanda ortada Türkiyənin mövqeyi var. Həmin mövqe də üst-üstə düşür. Azərbaycan Prezidenti, cənab İlham Əliyev Ermənistandakı proseslərlə bağlı yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında öz mövqeyini ifadə etdi. Bildirdi ki, bu, Ermənistanın daxili işidir. Prinsip etibarı ilə Ermənistandakı indiki hakimiyyətlə razılaşmanın əldə edildiyini vurğuladı. Bu bir daha onu göstərir ki, beynəlxalq aləmdə Paşinyanın mövqeyinə dəstək var və o, yeganə legitim hakimiyyət kimi tanınmaqdadır. Revanşistlər hakimiyyətə gəlsələr belə, baxmayaraq ki, bu ehtimal çox aşağıdır, indiki haldakı kimi radikal ola bilməyəcəklər. Sadəcə, istisna deyil ki, müəyyən qədər onları hakimiyyətə gətirən dairələrin xəttinə uyğun terrorçu davranışlar, təxribatlar törətməyə cəhd etsinlər. Amma müharibəyə getmək halında deyillər. Çünki gücləri yoxdur. Lakin onların terrorçu davranışları, təxribatları Azərbaycana imkan verəcək ki, antiterror əməliyyatları ilə buna cavab versinlər”.

Deputat fikirlərinə bu cür davam etdi: "Əməkdaşlıq mühitinin formalaşmasında Rusiya özü də maraqlı olmalıdır. Məsələ orasındadır ki, kommunikasiyaların bərpası, dəmiryollarının, avtomobil yollarının qurulması, bərpası nəticə etibarı ilə Rusiya-Ermənistan arasında birbaşa əlaqələrin yaradılmasına gətirib çıxarır ki, bu da hər iki ölkə üçün əhəmiyyətlidir. Kommunikasiyaların bərpası Azərbaycan-Rusiya əlaqələrini də yeni mərhələyə keçirir. Bir sözlə, çoxşaxəli əlaqələr sisteminin möhkəmlənməsinə xidmət edir. Belə olan reallıqda Rusiya maraqlı olacaq ki, bu əməkdaşlıq mühiti genişlənsin. Hətta özünün dövlətçilik maraqları da buna xidmət edir. Amma revanşistlər hakimiyyətə gəlsələr, onların birinci istəkləri o olacaq ki, Azərbaycanın azad etdiyi torpaqlarla bağlı revanşistlərin iddiaları təmin olunsun. Bunu Rusiyadan xahiş edib, müttəfiq kimi qarşısına belə məsələlər qoyacaqlar. Bu da rəsmi Moskvanın maraqlarına ziddir. Rusiya prezidenti Vladimir Putinin məşhur ifadəsi var ki, kimlər ki, 10 noyabr sənədini təftiş etməyə başlayacaqlar, ondan imtina edəcəklər, bu artıq özünü intihara bərabər bir addımdır. Revanşistlərin davranışı isə məhz buna dəlalət edir. Ona görə də hesab edirəm ki, yeganə yol əməkdaşlıq yoludur. Bunun alternativi yoxdur. Alternativ, deyilən kimi, özünəqəsddən başqa bir şey deyil”.

Son xəbərlər

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Bütün xəbərlər