Gündəm

  Hansı məhbuslar əfv olunacaq? – Komissiya üzvü AÇIQLADI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 "Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq".

"Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir".

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafanın BAKU.WS-ə müsahibəsi:

- Əfvlə bağlı məsələ nə yerdədir?

- Əfv müstəsna olaraq prezidentin səlahiyyətində olan məsələdir. Ölkə başçısı vaxtaşırı fərman verməklə bu funksiyanı həyata keçirir. Bu məsələ bütövlükdə ciddi müzakirədən keçir. Çünki bu məsələdə insan taleyinə bağlı olan məsələdir. Əfv Komissiyası müzakirələrdən sonra məqsədəuyğun saydığı şəxslərin siyahısını prezidentə təqdim edir və onların bağışlanmasını tövsiyyə edir. Ölkə başçısı bu siyahı əsasında və ya siyahıdan kimlərisə istisna etməklə müvafiq qərar qəbul edir. Bundan sonra isə həmin şəxslər barəsində hüquqi prosedur başlayır.

Hazırda əfv məsələsi müzakirə mərhələsindədir. Bu mərhələdə nəticələr hələ davam edir, çünki çox sayda müraciətlər var. Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir. Daha sonra prezident tərəfindən müvafiq qərar qəbul ediləcək və kimlərin əfvə düşməsi məlum olacaq.

- Novruz bayramı ərəfəsində əfv olacaq?

- Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq. Əfv Komissiyası ciddi şəkildə çalışır ki, mümkün qdər tez vaxta məsələləri həll etsin. Amma insanların sayı çox ola bilər. Buna görə müzakirələr uzana bilər və əfv Novruz bayramında olmaya bilər.

- Nə qədər məhbus əfv olunacaq?

- Əfv olunacaq məhbusların sayı ilə bağlı təqribi rəqəmlər yoxdur. Müraciətlərə hissə-hissə baxılır. Amma konkret nə qədər rəqəmdir bununla bağlı bilgim yoxdur.

- Məhbuslar əfv olunmaq üçün hara müraciət etməlidir?

- Əfv olunmaq üçün insanlar Əfv Dövlət Komitəsinə müraciət etməlidir. Ya prezidentə, ya birinci vitse-prezidentə, ya da deputata müricət etməlidirlər. Müraciət daha sonra Əfv Komissiyasına yönləndirilir. Komissiya müvafiq qurumlara sorğu göndərir, onun haqqında materiallar toplayır. Penitensiar Xidmətdən sənədlər istənilir, orada həmin şəxsin davranışı, fəaliyyəti, həbsxanadakı qaydalara riayət edib-etməməsi sənəddə öz əskini tapır. Növbəti mərhələdə komissiyada məsələlər sistemləşdirilir, müzakirəyə çıxarlır və səsvermə ilə rəy verilir və bunun nəticəsində qərar qəbul olunur.

- Novruz bayramında amnistiya olacaqmı?

- Amnistiya ilə bağlı hələlik bir müraciət yoxdur. Amnistiya aktını Milli Məclis verir. Bu maddələr üzrə vətəndaşların həbs və azadlıqdan məhrumetmə və ya başqa cəza növündə olan vətəndaşlar üçün müəyyən azadlığa buraxılması, cəzasının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutula bilir. Bu, Milli Məclisin səlahiyyətlərinə daxil olan məsələdir.  / Dia.az

Son xəbərlər

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bütün xəbərlər