Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı işğaldan azad etmək üçün sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks hücum əməliyyatları bu günədək uğurla davam edir. Artıq bir neçə kənd və əhəmiyyətli yüksəkliklər düşmən işğalından azad edilib. Bununla yanaşı, arxa cəbhədə də xalqımız böyük ruh yüksəkliyi, birlik, əzm nümayiş etdirir. Şirkətlər, sıravi vətəndaşlar, dövlət qurumları Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğlərdə ianələr ediblər. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib. Son 1 ay ərzində SQYF-yə 7 milyona yaxın ianə köçürülüb, ümumi olaraq Fonda 120 milyon manatdan çox pul yığılıb. Bundan başqa, müəyyən şəxslər tərəfindən vətəndaşların topladığı qida və digər ləvazimatlar cəbhə xəttinə çatdırılır.

Bəs Azərbaycan Ordusuna bu yardımların əsl məqsədi nədir?

Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Erkin Qədirli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ordunun bu cür yardımlara əlbəttə ehtiyacı yoxdur və bu sahədə hər hansı boşluq yaranmayıb:

 

"Aydın məsələdir ki, Azərbaycan Ordusunun təchizatı dövlətin maliyyə imkanları çərçivəsində aparılır. İllər ərzində neftdən gələn gəlirlərin önəmli hissəsi Ordunun gücləndirilməsinə xərclənilib. Hətta bizim Ordunun büdcəsinin düşmənimiz olan Ermənistanın dövlət büdcəsindən çox olduğu illər də olub.

O ki qaldı Orduya yardım fonduna vətəndaşların pul köçürməsinə, bu, ilk növbədə daha çox həm Orduya mənəvi dəstəkdir, həm də vətəndaş iştirakçılığının gücləndirilməsi, vətəndaş təşəbbüslərinin təşkilidir. Prinsipcə, milyardları olan xarici şirkətlər də xeyriyyə kampaniyası açıb vətəndaşlardan 5-10 dollar ianə toplayır. Halbuki, milyardları olan şirkət təkbaşına elə o işləri görə bilər. Bunun çox qədim ənənəsi var. Burada əsl məsələ, vətəndaşlar arasında mənəvi bağları gücləndirmək, konkret bu halda Orduya mənəvi dəstək verməkdir. Bununla göstərilir ki, heç kəs özünü qıraqda saymır, nəyəsə töhfə verməyə çalışır, bir işin qulpundan yapışır və bunun fayda verdiyinə inanır. Bütün bunlar cəmiyyətdə milli birliyə xidmət edir. Bunun başqa adı yoxdur. Maddi anlamda bunu qabartmağın heç bir mənası yoxdur.

Hazırda cəbhə bölgəsinə puldan başqa, ərzaq, geyim, dərman göndərilməsi də bu qəbildəndir. Ya pul verilir, ya da maddi dəyəri olan nələrsə göndərilir. Bunlar hamısı eynidir, Orduya yardım hərfi mənada anlaşılmasın. Aydın məsələdir ki, Azərbaycan Ordusu tam təmin edilir və bunlara ehtiyac yoxdur. Məsələn, corab, təkər nədir ki, guya bunlar tapılmır ki? Torpaqların işğaldan azad edilməsi bütün millətin işi olduğu üçün vətəndaşlar da burada hansısa formada iştirak etmək istəyir”.

(Qafqazinfo.az)

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər