Cəmiyyət

Milli Məclisin deputatlarının avtomobilləri

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

Mumtv.az bildirir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib: "Ümumiyyətlə şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı "BMW” markalı avtomobildən istifadə edirəm”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun "Toyota Prado” markalı avtomobili var: "Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə "Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: "Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

"Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan " Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, "Toyota Avalon” markalı avtomobili var: "Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

Milli Məclisin deputatları – Fazil MustafaQənirə Paşayevanın "Toyota Prado”Aqil Abbasın "Hyundai Sonata"Erkin Qədirlinin "Toyota Corolla" markalı avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili "Mercedes E-Class”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox "Mercedes” markalı avtomobillərə üstünlük verir.

(Report.az)


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər