Gündəm

“Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli o, jurnalist deyil” — Vahid Əhmədov
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 
 

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq çıxarışların ("kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarının narazılığına səbəb olub. 


Bəzi saytlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə istinadən  həmin mənzillərin "xidməti ev” kimi təqdim olunması məsələni bir qədər də mübahisələndirib. V.Səfərli mətbuata sonrakı açıqlamasında fikirlərinin yanlış anlaşıldığını və yaxın günlərdə sakinlərə "kupça” veriləcəyini vurğulayıb. Bununla belə, mövzu ətrafında açılan müzakirələrdən sonra jurnalistlər ölkə başçısına müraciət ünvanlayıb, problemi onun diqqətinə çatdırıblar.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, mənzillər Prezidentin jurnalistlərə əvəzsiz hədiyyəsidir:


"Bu sözləri Prezident açılış mərasimində bildirib. Ona görə jurnalistlərə verilən mənzil məsləsinin qabardılması, müzakirəyə çıxarılmasının əleyhinəyəm. Dövlət başçısı humanist bir addım ataraq, insanların mənzillə təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayırıb. Hər bir insanın ev sahibi olmağa, normal şəraitdə yaşamağa haqqı var. Hamımız evsizlik problemi yaşamışıq, bu periodlardan keçmişik. Ona görə ev alan insanları nələrdəsə ittiham etmək, bunu "qələmi satmaq” kimi qiymətləndirmək yersizdir. O başqa məsələ ki, kimsə nəyəsə görəsə əqidəsindən dönürsə, peşəsindən asılı olmayaraq, bunu normal qəbul etmək olmaz. Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli o, jurnalist deyil və bunu bütün jurnalistlərə şamil etmək olmaz. Əgər jurnalist ağır şəraitdə yaşayır və dövlət başçısı tərəfindən mənzillə təmin olunursa, burada pis niyyət axtarmaq lazım deyil. Prezidentin açılışda iştirakı zamanı "kupça” söhbəti olmamışdı. İndi yersiz maneə yaradıb, lazımsız müzakirələr açmağın yeri yoxdur. Ona görə də istər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, istərsə də aidiyyatı olan digər qurumlar tez bir zamanda sənədləşmə işlərini tamamlayıb sakinlərə çıxarış verməlidirlər”.
 

Parlamentari "xidməti ev” məsələsinə də münasibət bildirib:


"Deyirlər bunlar "xidməti ev”dir. Xidməti ev hərbidə olur. Məsələn, hərbçilərə verilir və hərbi müddəti başa çatdıqdan sonra ev geri təhvil alınır. Jurnalistlər daimi yaşayış yeri olan insanlardır. Onlara verilən mənzilləri "xidməti ev” adlandırmaq doğru deyil. Bu məsələ haradan çıxdı, mən anlaya bilmirəm... Prezident humanist addım atıb, jurnalistlərə ev hədiyyə edibsə, aidiyyatı qurumlar da üzərinə düşəni etməyə borcludurlar. Çirkin söhbətlərlə gözəl işlərə kölgə salmaq olmaz”.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər