Hadisə

Müəllimlərdən icarə haqqı adı ilə pul yığan məktəb direktoru işdən kənarlaşdırıldı
 
 
 
 
 
 

 
 
 
 
 
 
Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.

Təhsil Nazirliyindən bildirilib ki, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar.

Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisini aparıldığı müddətdə tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırma aparıldığı müddətdə məktəbin direktoru Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.(APA)

Son xəbərlər

Rusiya Xarkovu S-300 raketləri ilə vurdu - Ölənlər var

Azərbaycan-Tacikistan sənədləri imzalandı

"Sülh sazişini imzalamağa hazırıq" - Ermənistan XİN

Bu kollecdə 88 min manatlıq yeyinti aşkarlandı

Un məmulatları bahalaşacaq?

Çin Tayvan yaxınlığında hərbi təlimlərə başladı

Əfv Komissiyası 700-dən çox müraciətə baxdı

Paşinyan demarkasiyanın aparıldığı xəritələri göstərdi - VİDEO

"Ölkəmizdə 10 ballıq bölgələr də mövcuddur" - Qurban Yetirmişli

Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Misirin XİN rəhbəri 44 ildən sonra ilk dəfə İrana gedib

İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı

Nazir yeni idarə rəisi təyin etdi - FOTO

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi - FƏRMAN

İlham Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir TƏYİN ETDİ

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar// Foto+Video

Gəncə Dövlət Universitetində yoxlama başlayıb

Həbsdə olan general Bəkir Orucovun cəzası bu səbəbdən azaldılıb

Deputatın oğlunun şirkəti bağlandı

“AzerGold” QSC-nin yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Əziz Orucovun həbs müddəti uzadıldı

COP29-la bağlı vergi və ƏDV güzəştləri tətbiq ediləcək

"Bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar" - Prezident

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Bütün xəbərlər