Gündəm


MUMtv.az:
-  "24 kvadratmetrlik obyektimi, ona bitişik 12 kvadratmetrlik otağımı sökdülər, qara qəpik də ödəmədilər. O obyektə görə evimi bankda girov qoyub pul götürmüşdüm, obyektdən gələn gəlirlə bankın kreditini ödəyirdim, neçə aydır onu da ödəyə bilmirəm, indi o evi ailəmin əlindən alırlar, özlərini də çölə atırlar”.

Birinci Qarabağ Müharibəsi qazisi, 1-ci qrup əlil Ağalar Dostəliyevin ötən ilin dekabrında Yasamal rayonu ərazisində yerləşən obyekti və içərisində yaşadığı otaq sökülüb. Şikayətçi deyir, 3 il əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi Qarabağ əlili olduğuna görə ona həmin ərazidə torpaq sahəsi ayırıb ki, özünə kiçik iş qurub ailəsini dolanırsın. Qurumdan ona söz veriblər ki, yaxın vaxtlarda sənədləşdirmə də olacaq. Ancaq qurumun rəhbərliyi dəyişib və Ağalar Dostəliyev həmin sahəyə sənəd ala bilməyib. Həmin sahənin 24 kvadratmetrində obyekt, 12 kvadratmetrində isə otaq tikib, məişət cihazlarının təmiriylə məşğul olub. Ötən ilin sonunda Yasamal Rayon İcra Hakimiyyətindən əraziyə gələrək abadlaşdırma ilə əlaqədar tikililərin söküləcəyini bildiriblər. Dekabrda söküntü baş tutsa da, vətəndaşa kompensasiya ödənilməyib.

"Ora mənim 20 illik çörək yerim idi”

"Mən 20 ildir həmin ərazidə məişət avadanlılarının təmiriylə məşğul olurdum, ailəmi saxlayırdım, hökumətə yük deyildim, heç nə istəmirdim. Sadəcə, əvvəllər təmir sexim üzbəüz yerdə idi, sonra icra hakimiyyəti yolun bu biri tərəfində yer verdi, 3 il əvvəl orda tikdim, işimə davam etdim. Ötən il gəlib dedilər, burda park salınıb, prezident parka gələcək, obyektlər sökülməlidir, buralar abadlaşdırılmalıdır. Sənin yerin də plana düşüb. Söz verdilər ki, kompensasiya ödəniləcək. Ordakı obyektlərin heç birinin sənədi yox idi, obyekt sahibləri ailələrini tökdülər ortalığa, səs-küy saldılar, bu yolla kompensasiya ala bildilər. Mən əlil adam, işin sonunu gözlədim. Növbə mənim yerimə çatanda dedilər, sənədin yoxdur, obyektin qanunsuz tikilidir. Respublika Xəstəxanasının bir yataqxanası var, hansı ki orda illərlə köçkünlər yaşamışdı, onlar yataqxandan köçürüləndən sonra binanı sökmüşdülər, yarımçıq qalmışdı. Dedilər, o yataqxana binasının zirzəmisinə köç, orda yaşa. Dedim, axı, burda mənim 36 kvadratmetr yerim var, bu yer mənə əlil kimi verilib, pulunu ödəyin, gedim başqa yerdə obyekt alım, işimi davam etdirim”, - Ağalar Dostəliyev deyir.

"Ailəm evdən çıxarılır, özüm də sığınacaqda yaşayıram”

Ağalar Dostəliyev deyir, onu obyektdən döyə-döyə çıxarıblar və polis şöbəsinə apararaq 3 gün orada saxlayıblar:

"Hamı pulunu alıb getmişdi, bircə mən qalmışdım. İcra başçısı əraziyə gələndə işçiləri dedi, bu, Qarabağ əlilidir, yerinin sənədi yoxdur, çıxmır. İcra başçısı dedi, bu qədər adam bir nəfəri dartıb otağından çıxara bilmir? O çıxıb gedəndən sonra məni ordan sürüyə-sürüyə, döyə-döyə çıxartdılar, apardılar polis şöbəsinə, 3 gün orda saxladılar. Şöbədən buraxılıb gəldim, gördüm obyektimi də, otağımı da içərisindəki əşyalarla şumlayıb, yerlə yeksan ediblər. Orda mənim məişət cihazlarının təmiri üçün dəzgahım, avadanlıqlarım vardı, heç birini tapmadım. O obyekti qurmağa, o avadanlıqları almağa, o otağı düzəltməyə ailəmin yaşadığı evi girov qoyub bankdan 8 min kredit götürmüşdüm. Təkcə kredit yox, öz maşınımı da, yoldaşımın qızıllarını da satıb obyektin üstünə qoymuşdum ki, ailəmin çörək yeridir, məndən sonra oğluma qalar, o da işi genişləndirər. Neçə vaxtdır işsiz qalmışam, krediti ödəyə bilmirəm, bank ailəmin yaşadığı evini əlindən alır, özümsə sığınacağa gəlmişəm, ailəmlə münasibətim pozulub, hər şeydə məni günahlandırırlar. İcra hakimiyyəti obyektimi sökməklə bütün həyatımı alt-üst eləyib”.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, abadlıq işləriylə əlaqədar Bakının "Şamaxinka” adlanan ərazisindən 2-ci Alatava yaşayış massivinədək yol kənarındakı köhnə, şəhərin görünüşünə xələl gətirən tikililər sökülüb, yol genişlənib. Bu tikililər ətrafda pintilik və tıxac yaradan xırda ticarət obyektləri olub. Sənədi olan obyektlər kompensasiya ödənilib: "Ağalar Dostəliyev yaşamağa yeri olmadığını bildirib, ona yataqxanada otaq təklif olunub, razılaşmayıb”. //meydan.tv//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər