Gündəm

Şəhid qəbiristanlığının cavabdehliyini üzərinə götürən tapılmır
Bugünlərdə sosial şəbəkələrdə, Qaradağ rayonunda II Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu qəbiristanlığı əks etdirən videogörüntü yayıldı. Kadrlarda şəhidlərin valideynləri övladlarının yeraltı sularla yuyulan ərazidə dəfn olunmasından şikayətlənirdilər. Şəhidlərdən birinin açılmış məzarı yeraltı sularla dolmuşdu və şikayətə dəlil olaraq göstərilirdi. Gördüklərindən hiddətlənən şəhidlərin valideynləri övladlarının İkinci Fəxri Xiyabanda yenidən dəfn olunmasını tələb edirdilər .

AYNA baş verənlərə aydınlıq gətirməyə çalışıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlil şöbəsinin müdiri Şamama Ağamuradovanın sözlərinə görə, həmin qəbiristanlıq Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşməsinə baxmayaraq, Müdafiə Nazirliyinə məxsusdur: "Burada bütöv bir xatirə kompleksi tikiləcək. Bu qəbiristanlığın bizə heç bir aidiyyəti yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının keçmiş rəisi, geoloq Əziz Qaralov deyib ki, hadisə yeraltı suların səthə qalxmasının nəticəsidir. "Əlbəttə ki, bir nasos qoyub yeraltı suyu çıxara bilərsiniz. Ancaq qrunt suları yenidən səthə qalxa bilər. Ən yaxşı həll yolu - qəbiristanlığı başqa yerə köçürməkdir”.

Bu qəbiristanlığa cavabdeh olan Müdafiə Nazirliyinin bu ərazini yeraltı sulardan necə təmizləyəcəyi maraqlıdır. Lakin Nazirliyin mətbuat xidmətinə dəfələrlə etdiyimiz zənglər, göndərdiyimiz sorğu cavabsız qaldı.

Sözügedən qəbiristanlıqda dəfn olunan şəhidlərin əksəriyyəti Yasamal rayonunun sakinləri idi və 27 yanvar 2020-ci il tarixdə onların valideynləri bu rayonun İcra Hakimiyyətində qəbulda olublar. Yasamal RİH-dən bildirilib ki, şəhid olanların yenidən dəfn edilməsi məsələsi fevralın 3-dək həll ediləcək. Valideynlər isə bəyan ediblər ki, bir həftə ərzində məsələ həll olunmasa, uşaqlarını başqa yerlərdə özləri dəfn edəcəklər.

Yasamal RİH-in Təsərrüfat şöbəsinin baş məsləhətçisi Rasim Əliyev əməkdaşımızla söhbətində deyib ki, şəhidlərin dəfn olunduğu qəbiristanlığın onların rayonları ilə heç bir əlaqəsi yoxdur. Əgər Yasamala dəxli yoxdursa, onda İcra Hakimiyyətində şəhidlərin valideynlərinə övladlarının yenidən dəfn olunmasına dair məsələni həll etməyə necə söz veriblər? Təəssüf ki, Əliyevdən bu sualın cavabını ala bilmədik.

Bu hadisədə kimin haqlı və kimin məsuliyyət daşıdığı yaxın gələcəkdə bilinəcək. Ekspertimizin dediyi kimi, gələcəkdə problemlərin qarşısını almaq üçün orada bütöv bir kompleks tikməzdən əvvəl qəbiristanlığı köçürmək daha yaxşıdır. Ümid edirik ki, 3 fevral tarixində qəbiristanlıqda baş verən insident öz həllini tapacaq, çünki bu uşaqlar nəyə-nəyə, amma bir parça normal torpağa sahib olmağa layiqdirlər... //AYNA.AZ/

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər