Gündəm

"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..." - GİLEY
 
 
 
 
 
 
Şəmkir rayonunun Ağlavaşlı kəndində yaşayan Qarabağ müharibəsi veteranları bələdiyyə sədrindən və icra başçısından narazıdır. Deyirlər ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsi icarəyə götürmək istəsələr də, onlara imkan verilmir. DİA.AZ-ın məlumatına görə, 47 yaşlı Naib Həsənov deyir ki, özü Birinci Qarabağ Müharibəsində, oğlu Qafur da İkinci Qarabağ Müharibəsində ölkənin ərazi bötövlüyü uğrunda döyüşüb. Kənddəki əksər ailələr kimi, onlar da dolanışıqda maddi baxımdan əziyyət çəkirlər. Ona görə də Ağlavaşlıdan olan digər Qarabağ müharibəsi veteranları ilə birlikdə qərara gəliblər ki, icarəyə torpaq götürüb, əkin-biçinlə məşğul olsunlar:

"Vəziyyət yaxşı deyil, əməlli-başlı ehtiyac içində yaşayırıq. Dolanışığımızı təmin eləmək üçün əkinçiliklə məşğul olmağı qərarlaşdırdıq. Əkinçiliklə məşğul olmaq üçün də torpaq lazımdır axı... Əvvəl 10 nəfər müharibə iştirakçısı toplaşıb, icarəyə torpaq götürmək üçün bələdiyyəyə müraciət elədik. Sonra sayımız artdı, 17 nəfər olduq. Aramızda müharibədə əlil olanlar da vardı”.

Naib Həsənovun sözlərinə görə, Ağlavaşlı Kənd Bələdiyyəsindən rədd cavabı alıblar. O iddia edir ki, bələdiyyə sədri Elşən Mehdiyev icarəyə torpaq ayrılması üçün pul istəyib. Tələb olunan vəsaiti verə bilmədiklərinə görə Qarabağ müharibəsi veteranlarına torpaq sahəsi ayrılmayıb: "Bizim kənddə bələdiyyənin mülkiyyətində 700 hektar torpaq sahəsi var, amma vermir. 22 ildir bələdiyyə sədridir, ondan əvvəl də 10 il kolxoz sədri işləyib. Nə istəyir, onu da eləyir. Kəndin nəyi varsa, onun sərəncamındadır. Kommunizm vaxtında yerin altından keçən borulara qədər satıblar. Torpaq sahələrini özünə yaxın olanlara paylayır. Deyir ki, "torpağın hektarı 2500-3000 mindir”. Açıq-açığına bildirir ki, "bələdiyyə sədri olmaq havayı deyil, hər dəfə 5 il üçün mən də pul verirəm, onu çıxarmalıyam”. Aramızda elə yoldaşlarımız var ki, təhqir edir...”

İcarəyə torpaq götürmək üçün müraciət etmiş müharibə veteranlarından 48 yaşlı Yalçın Rzayev deyir ki, bələdiyyə sədrinin qanunsuz tələblərinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Mehdiyev onu təhqir edib: "Məni "vətən xaini” adlandırır. Halbuki, onun kimilərin harada olduğu bilinməyəndə mən həyatımı təhlükəyə atıb, bu ölkə uğrunda vuruşurdum. Mənim dörd övladım var, ailəmi necə dolandırım? Nə istəyirik, deyirik ki, hamı kimi, bizə də icarəyə torpaq ayrılsın, əkib-biçək, birtəhər dolanaq. Heç kimin şəxsi əmlakını istəmirik ki. Özü qardaşları ilə birlikdə 100 hektara qədər ərazini götürüb. Canımızla qoruduğumuz torpaqlardan bir hissə bizə verilmir ki, dolanaq”.

Yalçın Rzayev "vətən xaini” ittihamına görə də hüquq-mühafizə orqanlarına şikayət edib.

Bələdiyyə sədrindən rədd cavabı alan veteranlar Şəmkir Rayon İcra Hakimiyyətinə üz tutublar. İcra başçısı Alimpaşa Məmmədovla görüşsələr də, məyus qayıdıblar.

"İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - Naib Həsənov belə deyir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər