Gündəm

Birinci vitse-prezidentin tapşırığını icra etməyən məmur kimdir?







 
 
 
 







Bu gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına ikinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyyatda olan Gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Sözügedən ərizəni olduğu kimi sizlərə təqdim edirik:

Azərbaycan Respublikasın birinci vitse-prezidenti hörmətli Xanım Mehriban Əliyevaya.
Surəti : Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərova.
Surəti : Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.
Surəti : Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova.
İkinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyyatda olan Gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən 

Ş İ K A Y Ə T    Ə R İ Z Ə S İ :

Çox Hörmətli Mehriban xanım !

Bildiyimiz kimi Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Siz, hər zaman Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirərək əlil olmuş hərbiçilərimizə xüsusi diqqət və qayğı göstərmisiniz. Siz, həmin şəxslər ilə mütəmadi olaraq görüşür, problemlərini dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verirsiniz.

03.04.2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüş zamanı məhz Sizin iştirakınzda hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. 

Həmin görüşdə iştirak etmək mənə də nəsib olmuşdur. Görüş zamanı Sizinlə söhbət etmək imkanım da oldu. Söhbət zamanı Siz, mənim problemlərim ilə yaxından maraqlandız və nə çətinliyim olduğuna dair sual verdiniz. Mən də öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Sizə danışdım. Söhbət zamanı, mənim artıq 28 yaşıma keçməyimə baxmayaraq müəyyən problemlər səbəbindən ailə qura bilməməyimi sizin diqqətinizə çatdırmışdım. Həmin zaman anam gözdən əlil, atam da Qarabağ müharibəsi əlili olduğunu sizə bildirdimişdim . Mən bu günə qədər də kirayədə yaşayıram. Buna görədə ailə qurmaqda çətinlik çəkirəm. Sizdən xahiş etmişdim ki, məni öz humanist prinsiplərinizə uyğun olaraq bu çətinlikdən qurtarasınız.

Siz, həmin zaman problemlərimi əks etdirən məktubumu məndən qəbul edərək keçmiş köməkçiniz olan hörmətli Anar müəllimə təqdim etdiniz. Anar müəllimə tapşırıq verdiz ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun, dərhal məsələnin həlli istiqamətində "DSMF"-yə tapşırıq verdi.  Həmçinin də mənimlə "DSMF"-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü təşkil etdilər. Sizinlə görüş zamanı verdiyiniz tapşırığı bir daha Vüqar Behbudovun diqqətinə çatdırdım. Vüqar Behbudov isə öz növbəsində Sizin verdiyiniz tapşırığdan xəbərdar olduğunu bildirdi. Mənə söylədi ki, Sən narahat olma, biz məsələni həll edib sənə məlumat verəcəyik. Bu da mənim əlaqə nömrəm. Mənimlə istədiyin zaman əlaqə saxlaya bilərsən.

Artıq bir ildir ki, "DSMF"-nin şöbə müdiri Sizin verdiyiniz tapşırığı hələ də icra etməyib. Onunla əlaqə saxlayıb problemin nə zaman həll olunacağını soruşanda hər dəfə bir bəhanə ilə bu-gün sabah edə-edə, artıq vaxtı bir ilə kimi uzadıb. V.Behbudovun Sizin veridyiniz tapşırığa biganə yanaşmasının səbəbini heç cürə anlaya bilmirəm.

Sizdən xahiş edirəm ki, "DSMF"-nin şöbə müdiri olan Vüqar Behbudovun, Sizin verdiyiniz tapşırığa biganə yanaşmasının səbəbinin araşdırılmasına və Sizin mənim mənzil məsələmin həlli istiqamətində verdiyiniz tapşırığın icra olunmasında qətiyyətli tapşırıqlarınızı verəsiniz.
Hörmətlə : Qarabağ əlili Rəhman Əzizzadə.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Son xəbərlər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Bütün xəbərlər