Gündəm


MUMtv.az: - "Ötən ilin aprelində telefonuma 105 min 354 manat 10 qəpik məbləğində alış-satış etməyimlə bağlı mesaj gəldi. Mesajda deyilirdi ki, siz kiçik sahibkarsınız. Vergi ödəyicilərinin uçotu idarəsinə yaxınlaşın və faiz ödəyin. Həmin dəqiqə Vergilər Nazirliyinin "195" Çağrı Mərkəzinə zəng etdim ki, bu əməliyyatdan xəbərim yoxdur. Sonradan məlum oldu ki, əvvəl işlədiyim şirkət şəxsiyyət vəsiqəm və imzamla saxta əməliyyat aparıb”.

Bunu Meydan TV-yə "ATEF” Şirkətlər Qrupunda mühafizəçi işləmiş Ənvər Sultanzadə deyir.

O bildirir ki, 2019-cu ildən 2020-ci ilədək şirkətdə çalışıb: "Ötən il oktyabrın 27-də pandemiya bəhanəsilə işdən çıxarıldım. Həmin ərəfədə bir neçə işçi də çıxarıldı. İşçilərin kütləvi çıxarılması isə mühafizə şöbəsinə yeni təyinatın olması ilə əlaqədar idi. Məqsəd - köhnə komandanı təmizləmək, yerinə yenilərini gətirmək olub. Xidmət rəisi gəldi və bununla da bizim qara günlərimiz başladı. Amma bizə ərizə yazdırdılar ki, guya işdən özümüz çıxmışıq”.

Keçmiş mühafizəçi şirkətdə işlədiyi müddətdə bir çox qanun pozuntusu ilə üzləşdiyini bildirib: "Şirkətin mühafizə xidməti lisenziyasız fəaliyyət göstərir. Onlar işçilərin maaşını kəsir, vergidən yayınır. Əmək müqaviləmizdə 160 saat aylıq iş kvotamız göstərilirdi. Amma buna əməl olunmurdu. İstirahət və bayram günləri də işləyirdik. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı "Qeyri-Dövlət (Özəl) Mühafizə xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”nu heçə sayırlar”.

"Mən işdən uzaqlaşdırılandan sonra öyrənmişəm ki, şirkət adıma saxta alqı-satqı həyata keçirib”, - şikayətçi belə deyir.




Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsindən cavab məktubu

Onun sözlərinə görə, şirkət özü də bu qanunsuzluğu etiraf edib: "Nə qazanıram ki, 105 min manatlıq da gəlirim olsun. Əsgərlikdən gələndən sonra dörd il işləmişəm. Bu müddət ərzində qazandığım pulları ümumi toplasaq, heç on min manat pul etmir. Məsələni araşdırandan sonra aydın oldu ki, şirkət məndən xəbərsiz şəxsiyyət vəsiqəmlə və imzamla adıma pul götürüb. Şirkətə getdim, mənə dedilər ki, narahat olmayın, bəs heç bir problem yoxdur, biz həmin məbləğin vergisini ödəmişik. İndi də bir məktub yazırıq, zəhmət olmasa bura qol çəkin, göndərək. Baxdım, sənəddə yazılıb ki, pulun vergisi ödənilib. Mən də qol çəkdim. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinə göndərildi. İstəyim odur ki, şirkət mənim adımdan etdiyi saxtakarlığa görə cavab versin. Şirkətdə bunu bir-birinin üstünə atırlar. Mənimlə yanaşı, 131 nəfərin adına belə əməliyyat ediblər. Elə adamların adına pul götürüblər ki, xaraktercə sakit, səs çıxarmayan adamlardır. Məqsədləri vergidən yayınmaq olub. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etmişik. Yaxın günlərdə məsələni hüquqi müstəvidə də həll etməyi düşünürük”.



"ATEF” Şirkətlər Qrupunun insan resursları departamentinin direktoru Təranə Mahmudova Meydan TV-nin suallarını cavablandırmayıb.

O bunu ölkədən kənarda olması ilə əlaqələndirib.

"ATEF” Şirkətlər Qrupunun icraçı direktoru Mehman Poladov məsələdən xəbərsiz olduğunu deyib.

Ənvər Sultanzadə isə deyib ki, bununla bağlı bir neçə dəfə Mehman Poladovla görüşərək danışıqlar aparıb.

Meydan TV əməkdaşı təkrar Mehman Poladova zəng edərək, münasibət öyrənmək istədikdə, icraçı direktor dəstəyi asıb.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər