Gündəm


"10 ilə yaxındır "Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində işləyirəm. Fevralda tutduğum vəzifənin ixtisara düşdüyünə dair bildiriş aldım və işdən çıxdım. Dedilər ki, iş olan kimi xəbər verəcəklər, hələ də gözləyirəm. Evdə yalnız mən işləyirdim, bunu da nəzərə almadılar”.

MUMtv.az-ın xəbərinə dörə bunu "Siyəzənneft” NQÇİ-nin adının açıqlanmasını istəməyən qadın əməkdaşı bildirib. O deyib ki, proqrama qoşulub və şikayət edəcəyi təqdirdə gələcəkdə neft sahəsində iş tapa biləcəyinə əmin deyil. Çünki şikayət edənlərin müxtəlif bəhanələrlə incidildiyinin dəfələrlə şahidi olub.

"NQÇİ-də mənimlə yanaşı 30-a yaxın qadın ixtisar olunub. Onların aralarında uzun illərdir neft sahəsində çalışanlar, tək övlad böyüdənlər də var. Bizi işdən çıxmaq üçün ərizə yazmağa məcbur etdilər, çünki əks halda əməkhaqqının 50 faizini də ala bilməyəcəkdik”.

İşçi deyib ki, dövlət neft şirkətində çalışanlar arasında öz hüquqlarını bilənlər çoxdur, amma şirkətin yazılmamış qanunları, bir də iş tapmaq problemi var. Bu da onların əl-qolunu bağlayır. "Bakıdan fərqli olaraq rayonlarda iş tapmaq çətindir. Uşaqlara baxmaq üçün mağazada satıcı işi üçün müraciət etdim, cəmi 180 manat maaş təklif etdi. Dövlət Neft Şirkəti heç olmasa tək anaları, yaşı 45-dən yuxarı olanlara güzəşt etməlidir”.

"Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində ümumilikdə, 300-dən çox əməkdaşın ixtisar olunduğu bildirilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, işçilərin bəziləri üzərində tarix qeyd edilməmiş sənədə imza atıb:

"Dövlət Neft Şirkətində ümumilikdə 5 min işçi ixtisar edilir. İxtisarlar zamanı qanun pozuntuları ilə bağlı hər gün təşkilata şikayətlər daxil olur. "Siyəzənneft” NQÇİ- də ixtisarlar zamanı ədalətsizliyə yol verilir. Ancaq tək bu NQÇİ-də deyil, digər şirkətlərdə də qadınlar, təqaüd yaşına az qalmış yaşlı işçilər işdən çıxarılır, hansı ki onların digər sahələrdə iş tapması çətindir”.

Mirvari Qəhrəmanlının sözlərinə görə, ixtisarlarla bağlı narazılıq çox olduğundan başqa bir vasitəyə əl atıblar. Belə ki, müəssisələrdə hüquqi şəxs dəyişib, yəni ixtisara salınmayan işçilərlə NQÇİ-lər deyil, "Azneft” İstehsalat Birliyi 1 illik əmək müqaviləsi bağlayır. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, daimi iş yerləri üçün müvəqqəti əmək müqaviləsi bağlana bilməz: "Bir ildən sonra həmin şəxslər müqavilə müddətinin bitməsi adı ilə rahatlıqla işdən uzaqlaşdırılacaqlar. Biz neftçiləri də xəbərdar etmişik, müddətli əmək müqaviləsi müvəqqəti işlər üçün bağlanır. ARDNŞ dövlət müəssisədir. "Azneft” İstehsalat Birliyi strukturuna daxil olan idarə və müəssisələrdə işəgötürənin (yəni hüquqi şəxsin Azneft İB olması ) dəyişilməsi ilə əlaqadar işçilərin əvvəlki işəgötürənlə (NQÇİ rəisi) bağladıqları əmək müqaviləsinə olunmuş "Əlavədə” müqavilə müddəti 1 il göstərilir. İşçilər bu müqaviləyə qol çəkməyə məcbur edilirlər. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 43.1. 4., 45.1.3.4., 46.6. 47 maddələri pozulur. Bu da bir ildən sonra hər hansı bir işçinin rahatlıqla işdən çıxarılması üçün səbəb ola bilər. Neft sahəsində çalışanlar müqaviləni imzalamadan düşünməlidirlər. Əks halda gələcəkdə işdən çıxarılarkən hüquqları müdafiə etmək çətin olacaq”.

Dövlət Neft Şirkətindən isə Meydan TV-yə bildiriblər ki, şirkətin idarə və müəssisələrində kütləvi ixtisarlar aparılmır.

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər