Gündəm

Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş – Qalmaqal
 
 
 
 
 
 
 
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.

Bu haqda şirkətin əməkdaşları məlumat veriblər.

Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub.

"Şamxal Həsənlinin S Aqro MMC-yə direktor olaraq təyin etdiyi Oral Ağakişiyev əməkdaşlarla əsl kölə kimi davranır. Şirkət işçilərin maaş kartlarını özlərinə vermir. Biz qanunla nə qədər maaş aldığımızı belə bilmirik. Sadəcə aylıq bir kağıza imza atıb maaş alırıq. Maaş kartlarını isə özlərində saxlayırlar. Şirkət ciddi mənada vergidən yayınır. Belə ki, kiçik dükanlara və mağazalara qeyri-rəsmi satış edilir və bu fakt vergidən gizlədilir. Ən qəribəsi budur ki, kiçik dükanlara edilən bu qeyri-rəsmi satış işçilərə "yüklənilir”. Bu kiçik dükanlar şirkətdən aldığı məhsulun pulunu vaxtında qaytara bilmirsə, şirkət bu pulu əməkdaşların üzərinə yazır. Sonra da bizim maaşımızdan həmin pulu tuturlar. Beləliklə işçiləri süni yolla şirkətə borclu edirlər. Eyni zamanda şirkətin istifadəsində olan bütün yük daşıyan avtomobillərin xərcləri də əməkdaşların üzərindədir. Yəni avtomobilin gündəlik benzin sərfiyyatı və təmir xərclərini işçilər öz maaşlarından ödəyir. Biz isə aldığımız 700-800 manat maaşla bunun öhdəsindən gələ bilmirik. Əməkdaşların çoxu işdən çıxmaq istəyir, lakin şirkət tərəfindən borcla "yükləndiyi” üçün azad ola bilmirik” – S Aqro MMC-nin adının çəkilməsini istəməyən ekspeditorlarından biri Avropa.info-ya belə deyir.

Şirkət işçilərinin Avropa.info-ya verdiyi məlumata görə, uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbar əslində S Aqro MMC-nin ixtiyarında olub.

"S Aqro MMC Əli Həsənovun oğlu Şaxmal Həsənliyə məxsusdur. Bu səbəbdən Əli Həsənovun nəzarətində olan BMM-in anbarı bizim şirkətin ixtiyarına verilib. Həmin anbara satış üçün gedəcək spirtli içkilər, əsasən də araq məhsulları yığılır. Mən demək olar ki, hər gün o anbara gedirəm. Hal-hazırda da BMM-in anbarı S Aqro MMC-nin araq anbarı kimi fəaliyyət göstərir. Bizə dedilər ki, yaxın günlərdə anbar boşladılacaq” – S Aqro MMC-nin işçilərindən biri belə deyir.
/araz.az/

Son xəbərlər

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Bütün xəbərlər