Gündəm


Yardımlı sakini Savalan İbrahimli iki ilə yaxın işsizdir. O, haqsızlıqla üzləşdiyini və işdən qanunsuz uzaqlaşdırıldığını iddia edir. DİA.AZ xəbər verir ki, Savalan İbrahimli Yardımlı Rayon Məşğulluq İdarəsində 2018-ci ildə qeydiyyata düşüb. 2019-cu ilin yanvarında idarədən zəng gəlib, ona iş tapıldığı bildirilib:

"Onda Məşğulluq İdarəsinin müavini Miramil Səmədli idi. Məktəbdə sinif yoldaşım olmuşdu. Getdim yanına, dedi ki, 500-600 manat versən, sənə iş verəcəyik. Maaş da 200 manat. Bu yandan da müdir Fikrət müəllim gəldi, dedi, narahat olma, yaxşı işdi. Mən sonradan başa düşdüm ki, növbəyə duran hamı üçün iş var. Bunlar bizdən pul qoparmağa çalışır. İş yerləri gəlib, bunlar da başlayıblar satışa. Kimdən nə aldılar, aldılar...”

Savalan İbrahimli iddia edir ki, Kommunal Təsərrüfat İdarəsində iş üçün ondan 300 manat alıblar. Yardımlı sakini pulun 100 manatının Miramil Səmədliyə çatdığını bildirir: "Orada işçilərin üstündə nəzarətçi idim. 176 manat əməkhaqqı almalıydım. Bunun 50 manatını müdir Seyfəddin Abdulov tuturdu. Mən 2019-cu ilin mayında icazə sənədi ilə şəhərə getmişdim. Qayıdıb gələndə gördüm ki, kartım bağlanıb. İdarədə dedilər ki, ixtisara düşmüsən. Halbuki, mən orada bir illik müqavilə ilə işləyirdim. Soruşdum ki, axı bu necə ola bilər? Xeyri olmadı. Əmək kitabçamı tələb elədim. Sonradan baxıram ki, orada işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən uzaqlaşdırıldığım yazılıb. Bununla da əmək kitabçama ləkə salıblar”.

Savalan İbrahimlinin əmək kitabçasında onun 23 fevral 2019-cu il əmək müqaviləsi ilə "DOST İş Mərkəzi”nin Yardımlı rayonu regional filialına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunduğu yazılıb. Bundan sonra həmin ilin oktyabrın 7-də Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Burada İnsan Resursları Departamentinin müdiri Nuranə Əliyevanın imzası da var.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndində yazılıb ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda işdən kənarlaşdırıla bilər. Savalan İbrahimli deyir ki, əmək kitabçasında məhz həmin maddə yer aldığına görə, daha heç bir yerdə işə götürülmür.

"Soruşuram ki, niyə işdən çıxarmısınız? Seyfəddin Abdulov deyir ki, mənim əmrimə tabe olmamısan. Məni çox hədələyiblər. Prokurorun sürücüsü bunun bacanağıdı. Ona güvənirlər. Belə olmaz axı. Mənim uşağım evdə daş yemir ki... İki ildi belə qalıb. Neçə dəfə Məşğulluq İdarəsinə getmişəm. Əmək kitabçasında yazılanlar hər şeyin üstündən xətt çəkib. Böyük qanunsuzluğa yol verilib”.

Savalan İbrahimli "DOST İş Mərkəzi”nə məktubla müraciət edib. Müraciətə 2020-ci ilin iyulunda cavab verilib. Cavab məktubunda bütün işçilərin "icraçı”nın – Yardımlı şəhər Kommunal Təsərrüfat İdarəsinin tapşırığı və birbaşa nəzarəti ilə fəaliyyət göstərdiyi yazılıb. Burada Savalan İbrahimlinin işdən azad olunmasına səbəb kimi onun mənfi davamiyyəti göstərilib. Kommunal Təsərrüfat İdarəsindən "DOST İş Mərkəzi”nə akt daxil olub, beləcə, rayon sakini işdən məhrum edilib.

"Mənim işə çox ehtiyacım var. Valideynlərimin evində qalıram. Bir uşağım var. Həyat yoldaşım müəllimədi. Onun məvacibi ilə dolanmağa çalışırıq”, - Savalan İbrahimli belə deyir.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər