Gündəm

 

"Hərbi paltarda bir nəfər gəlib qabağımda dayandı, dedi "nə səs-küy salmısan?”. Dedim, oğlumu istəyirəm. Əlləri cibində dedi "1000 manat alanda yaxşı idi, öləndə pis?”. Mənim orada huşum getdi”.
Bu sözləri torpaqlarımızın azadlığı uğrunda canından keçmiş, Tərtər rayonundan şəhid Aslanov Xəyalın anası Nəzakət Aslanova deyib. O bildirib ki, sonradan ona, həmin hərbi formalı şəxsin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov olduğunu deyiblər:
"Tərtər rayonunda, H. Z. Tağıyev küçəsində yaşayıram. Oğlum Aslanov Xəyal Qüdrət oğlu 2014-cü ildən hərbi qulluqçu kimi gizir işləyir. Sentyabrın 27-də müharibə başlayan zamandan ön xətdə idi. Ayın 28-də bizə zəng gəldi ki, Xəyal yaralanıb. Biz gəldik öz icra nümayəndəmizin yanına. Mən orada icra nümayəndəmizdən Xəyalı istədim, dedim oğlumu verin. Hərbi paltarda bir nəfər gəlib qabağımda dayandı, dedi "nə səs-küy salmısan?”. Dedim, oğlumu istəyirəm. Əlləri cibində dedi "1000 manat alanda yaxşı idi, öləndə pis?”. Mənim orada huşum getdi, ayıldım ki, artıq oğlumun tabutu gəlib qapıya. Oğlumun dəfnindən 3 gün sonra qaynımın oğlundan soruşdum ki, mənə hərbi formada o sözü deyən kim idi? Dedilər Tərtərin icra başçısıdı. Oğlumun dəfnində iştirak etmədi. Xəyal Aslanov Tərtərə gələn ilk şəhid olub. Talışkənd istiqamətində qərargah rəisi ilıə birgə şəhid olub. Sentyabrın 29-dan etibarən indiyə kimi Tərtər Rayon İcra Hakimiyyətindən heç kim bizimlə maraqlanmayıb. Oğlumun məzarına bir gül getməyib. Qapımdan bayraq asılmayıb. Rayon rəhbərliyi tərəfindən heç nə görməmişik”.
N. aslanova bildirib ki, indiyə kimi icra başçısından bir üzrxahlıq gözləsələr də, o, heç nə etməyib.




Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər