Cəmiyyət

“Anna Akopyana dedim ki, söyüş söyürlər, ayıbdır” – General Paşinyanın arvadına nələr deyib?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan Baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyanla aralarında olan insidentə aydınlıq gətirib. 

Mumtv.az erməni KİV-inə istinadən xəbər verir ki, Movses Akopyan komanda məntəqəsində Anna Akopyanın "Dağlıq Qarabağ Respublikası”nın "Təhlükəsizlik Şurası”nın keçmiş katibi Samvel Babayanla döyüş əməliyyatlarını izlədiyini görüb. "Komanda məntəqəsinə kənar şəxslərin girişi qadağan olsa da, mən içəri girəndə Anna xanımı orda gördüm. O, heç bir işə qarışmır, heç kimə göstəriş vermirdi. Sadəcə monitordan döyüş meydanında baş verənləri izləyirdi. Sonra ona yaxınlaşaraq dedim ki, Anna xanım getmək lazımdır, çünki uşaqlar bağırırlar, söyüş söyürlər, sizdən ayıbdır. "Yaxşı” dedi və 20 dəqiqədən sonra məntəqəni tərk etdi”, - deyə Akopyan bildirib.

Onun sözlərinə görə, 4 saatdan sonra İrəvana çağırılıb: "Sentyabrın 30-da Baş nazirə məruzə etmək üçün onun qəbul otağına gəlmişdim. Amma məni qəbul etmədi. Ümid edirdim ki, Müdafiə Nazirliyinə çağırılmağım cəbhədəki vəziyyətlə bağlıdır. Amma nazirlə görüşəndə mənə dedi ki, Qarabağa getməməlisən. Səbəbini soruşdum, "bilmirəm” dedi. Soruşdum göstərişi kim verib, "Baş nazir” dedi”.

Bundan sonra Movses Akopyan Paşinyana aşağıdakı məzmunda mesaj yazıb:

"Burada qala bilmirəm, məni Artsaxa göndərin, ürəyim partlayır”. Amma Akopyanın mesajı cavabsız qalıb. Paşinyan ümumiyyətlə mesajı oxumayıb.

Movses Akopyan separatçı rejimin rəhbəri Araik Arutyunyanla əlaqə saxlayıb. Ondan xahiş edib ki, Baş nazirə mesajı oxumasını söyləsin. "Araik Arutyunyan əvvəlcə razılaşdıb, lakin sonradan zəng vurub dedi ki, Baş nazir səni qəbul edəcək.

Üç gün keçdi. Baş nazirin protokol xidməti ilə əlaqə saxlayıb nə vaxt qəbula düşə biləcəyimi öyrənmək istədim. Bildirdilər ki, Baş nazir məni qəbul etməyəcək”, - deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Qarabağa getməkdə israr etdiyinə görə koronavirus testindən keçməyə məcbur olub. Testin cavabı neqativ çıxıb və o Qarabağa yollanıb. Lakin Qarabağa gələndə deyilib ki, analizin nəticələrinə görə o ikitərəfli sətəlcəm olub. Beləliklə, Akopyan İrəvana dönmək məcburiyyətində qalıb. Burada isə həkimlər ona bildiriblər ki, səhhətində heç bir problem yoxdur. Lakin bundan sonra Akopyanın Qarabağa getmək və komanda məntəqəsinə daxil olmaq cəhdlərinin qarşısı koronavirus bəhanəsilə alınıb.


Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər