Gündəm


"2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirib:

"Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanıb bunların boş söhbətlər olduğunu deyir. Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə... Yadımdadır, 2017-ci ildə bu haqda boq yazımı dərc edəndə diqqəti ondan yayındırmaq üçün mətbuata təcili qondarılmış bir "sensasion" yazı atdılar. Sonra da unutdular əlbəttə... Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə modernləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin qarşısında toy generalı Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi. Əvəzində isə 2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması" bəhanəsi ilə. Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu. Əks halda 2020-ci il savaşında nə bayrakdarlar, nə haroplar, nə baraklar, nə də loralar olmayacaqdı. Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər. Bunun nəticəsinin nə ola biləcəyini isə deməyə yəqin ki, xüsusi ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub: "Onun yerinə gətirilənlərdən biri - Hicran Rüstəmzadə dəniz xüsusi təyinatlılarına barəsində yazdığım Cəfər Seyidovu rəis təyin edir və sonra da Seyidovun rəhbərliyi altında həmin dəstə Tərtər qarnizonunun şərlənmiş hərbçilərinə vəhşicəsinə divan tutur. Nəhayət, Tərtər qətliamında xüsusi canfəşanlıq göstərənlərin baş qərargaha və müdafiə nazirliyinin digər qurumlarına vəzifələrə çəkilməsi də birbaşa xain Sadıkovun planı üzrə baş verirdi. Baş qərargah 2020 savaşından 2 il əvvəl snayper hazırlığı proqramını ləğv edir və komandirlərə düşmənin silah-sursatının sayı haqda rəqəmləri azaltmağı tapşırır. Yeri gəlmişkən, bunun əlimizdə səs qeydləri şəklində sübutları da var. Belə fəaliyyətin nəyə hesablandığını və hansı nəticələr verə biləcəyini anlamaq üçün isə Suvorov və ya Napoleon olmağa ehtiyac yoxdur məncə.

Sadıkovun fəaliyyətini 10 ildən artıqdır diqqətlə izləyən biri kimi onun cinayətlərini saatlarla sadalaya bilərəm, amma elə bunlar kifayət edir ki, bir neçə suala cavab axtaraq:

1. Oktyabrın ilk günlərində "yanlış" döyüş planı təqdim edərək ordunu itkilərə məruz qoyduğuna görə prezident tərəfindən kənarlaşdırılan Sadıkov niyə həbs olunmadı?
2. Onun fəaliyyətinin yoxlanılması üçün niyə istintaq-əməliyyat qrupu yaradılmadı?
3. O, ölkədən xaricə niyə və kimin qərarı ilə buraxılıb?
4. Onun vəzifədən azad edilməsi barədə əmr və ya sərəncam bu günədək niyə yoxdur?
5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi bu gün kimdir?

Nəhayət, sonda bir sualım da var: nə vaxtadək bu ölkəyə məqsədli ziyan vuran satqınlar, xainlər və cinayətkarlar mükafatlandırılacaq, vicdanlılar isə belələri tərəfindən şərlənəcək, işgəncələrə məruz qalacaq və ödürüləcək?”.

Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bütün xəbərlər