Gündəm

SADIKOVUN “DUBAY GEDİŞİ” - “5-ci kolon”un “gövdə göstərisi”...
 
 
 
 


 
Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan, hətta yoxa çıxan Nəcməddin Sadıkovun Dubaydakı çimərlikdə çəkildiyi bildirilən videogörüntüləri gündəmin əsas mövzusuna çevrilib.

Təbii ki, uzun illərdir cəmiyyətin heç də birmənalı münasibət bəsləmədiyi, belə demək mümkünsə, "həzm edə bilmədiyi” Sadıkovun bu videosunun məhz indi üzə çıxması müəmmalı görünür.

İlk olaraq, görüntülərin yeni olduğunu və doğrudan da Dubayda çəkilib-çəkilmədiyini söyləmək çətindir, bunu mütəxəssislər daha yaxşı bilər. Ən azından ona görə ki, hazırda həmin yerdə temperaturun dənizdə çimmək üçün uyğun olub-olmadığı məlum deyil. Videodakı səslərin isə sonradan əlavə edildiyini də istisna etmək olmaz.

Görüntülərdəki şəxsin N.Sadıkov olduğu isə şübhəsizdir. Ancaq hər halda, bu videonun məhz indi ortaya çıxarılmasının hansısa qaranlıq məqsədlərə xidmət etdiyi ehtimalı yüksəkdir.

Videodan N.Sadıkovun çəkilişdən xəbərdar olduğu aşkar görünür və hətta elə təəssürat yaranır ki, sabiq Baş Qərargah rəisi sanki bilərəkdən xüsusi olaraq çəkiliş üçün "poz verir”. Bir çoxları dünəndən sosial şəbəkələrdə yayılan sözügedən görüntüləri hətta N.Sadıkovun özünün barəsində yayılan söz-söhbətlərə cavabı kimi qələmə verir. Ancaq sual yaranır ki, Sadıkov indiki durumda bu qədərmi özündən arxayın və rahatdır?...

Əgər video məqsədli şəkildə yayılıbsa, çəkilişin yeni, yaxud köhnə olmasından asılı olmayaraq, belə çıxır ki, bunu yaymaqla N.Sadıkovun bağlı olduğu iddia edilən "5-ci kolon” cəmiyyətə və hakimiyyətə mesaj vermək istəyir. Demək istəyir ki, biz hələ də güclü və ayaqdayıq.

Bu videonun xüsusilə barəsində xəyanətlə bağlı müxtəlif iddialar, şayiələr dolaşan və "5-ci kolon”a yaxın şəxs kimi təqdim edilən sabiq korpus komandiri, general Rövşən Əkbərovun həbsindən qısa müddət sonra yayılması da yuxarıda qeyd etydiyimiz mesaja uyğun addım kimi görünür. Bu mənada sözügedən video "5-ci kolon”un "gövdə göstərisi” də sayıla bilər...

İkinci variant isə videonun həqiqətən köhnə olması və daha çox "5-ci kolon”un əleyhinə yönəlməsi, məqsədli şəkildə məhz indi üzə çıxarılması, bununla da N.Sadıkova qarşı cəmiyyətdəki onsuz da neqativ olan münasibətin daha da kəskinləşdirilməsi məqsədidir.

Çünki bu video, məsələn, "nədən Əkbərov həbsdə, Sadıkov isə azadlıqda və kefdədir” sualını aktuallaşdırmış olur. Bu baxımdan işin içində anti-Rusiya platformasının, yəni Azərbaycanın Rusiyadan mümkün qədər uzaqlaşdırılmasında maraqlı olan xəttin, hətta Qərb kəşfiyyatının rolu olduğu ehtimalı önə çıxır. Bu, Sadıkovun müharibə ərəfəsində "sıra dışı” edilməsinin də təsadüfi olmadığına, Azərbaycanın müharibədəki qələbəsində bu addımın əhəmiyyətli rol oynadığına dair qənaəti daha da gücləndirmiş olur.

Üçüncü variant isə bu videonun təsadüfən, elə bir ciddi məqsəd güdmədən, sadəcə sensasiya xatirinə yayılmasıdır ki, bu da bir o qədər inandırıcı görünmür...

Məsələnin həm də mənəvi tərəfi var. Ən azından 3 minə yaxın şəhid verən, çoxlu sayda yaralısı, itkisi olan ordunun generalının, sabiq Baş Qərargah rəisinin müharibədən qısa müddət sonra, şəhid analarının gözünün yaşı qurumamış, qazilərin yaraları sağalmamış haradasa "çimərlik kefi” yaşaması, lyuks tətil keçirməsi nifrət, hiddət və qınaqdan başqa heç bir hiss yarada bilməz.

Doğrusu, N.Sadıkovdan bu hərəkət gözləniləndir və cəmiyyətin bu videonu yeni çəkilmiş kimi qəbul etməsi də təbiidir. Çünki N.Sadıkov indiyə qədər qətiyyən şəxsi reputasiyasına, onunla bağlı ictimai rəyə görə narahatçılıq keçirən şəxs təəssüratını bağışlamayıb. Əksinə, sanki hansısa kənar, qaranlıq qüvvəyə güvənən şəxs kimi görünüb...

Ancaq hər halda, son söz mütəxəssislərə və N.Sadıkovun özünə aiddir. Və istənilən halda, bu çəkilişə aydınlıq gətirilməsi zəruridir.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər