Gündəm


Sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb. Hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur "Ekselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur. Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda isə məlumat yoxdur. Hər halda onun vəzifə cinayət törətdiyi və indi peşman olduğu aydındır. Digər korrupsionerlər kimi, Fazil Məmmmədovun da, bəsirət gözü açılıb. Lakin çox gec. Deməli, digərləritək o da cəzalanmalıdır. Bəs olmazmı sabiq nazirin mülkləri müsadirə olunsun? Yəni illərlə vəzifəsindən sui-istifadə edən məmurun indi belə rahatlıqla canını qurtarmasına imkan verilməlidir?!

Millət vəkili Razi Nurullayev bu barədə fikirlərini "Sherg.az”la bölüşüb. O, daha yaxşı yolun olduğu qənaətindədir:

"Əvvəllər düşünürdüm ki, vəzifəsindən sui-istifadə edənlərin vəsaiti əllərindən alınmalıdır. Lakin indi gecdir. 2000-ci illərin əvvəllərində olsa idi, bəli, məqsədəuyğun olardı. İndi isə talanan talanıb, oğurlanan oğurlanıb. Onların hamısını hesablamaq mümkün deyil. Belə olsa, gərək bütün məmurlar həbs edilsin. Odur ki, maliyyə amnistiyası tətbiq olunmalı və oğurlananların, heç olmasa, 30-40 faizi müsadirə olunmalıdır. Onsuz da korrupsioner məmurların pulu qurtaran deyil”.

R.Nurullayev, həmçinin maraqlı təkliflə çıxış etdi:

"Dediyim kimi, maliyyə amnistiyasının təbiqini məqsədəuyğun hesab edirəm. İkinci bir tərəfdən isə görülən işlər nəticə verməlidir. Ancaq belədə insanlar islahatlara inanarlar.

Elə şərait yaradılmalıdır ki, korrupsioner məmurlar pullarını üzə çıxarmaqdan qorxmasınlar. Heç kim onlara heç nə deməz. Hətta status verilsin, başlarına tac qoyulsun. Amma əvəzində onlar həmin pulları xaricdə ev almağa, otel tikməyə yox., Azərbaycanın iqtisadiyyatına sərf etsinlər.

Otel də, məktəb də, universitet də…ölkəmizdə açılsın. Yeni iş yerləri olsun. Belə olsa, nə hakimiyyət narazı qalır, nə oğru məmur. Həm də həbslər, ailə məşəqqətləri olmaz”

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər