Gündəm

Deputata atasından şikayət var - yenə həmin Hacı Qalib...
 
 
 
 
 
 
 

 
Seymur İsrafil oğlu Quliyev parlamentin üzvü Əliabbas Qalib oğlu Salahzadəyə açıq məktub yazıb. Vətəndaş məktubunda ona məxsus olan özəl mülkiyyətin zəbt olunaraq deputat ailəsinin adına rəsmiləşdirilməsini, ilginc qanunsuzluqları diqqətə çatdırır.

Surəti redaksiyamıza göndərilən məktubu olduğu kimi təqdim edirik: "Əliabbas Salahzadə, məni çox yaxşı tanıyırsan. Bilirsən ki, atan Qalib Salahzadə mənə məxsus olan, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi 21 ünvanında yerləşən özəl mülklərimi talan edib, dağıdıb, yerlə bir edib. Torpağımı bu gün də işğal altında saxlayır. İllərdir ki, ”Şəbəkə" restoranının avtodayanacağı kimi istifadə edib pul qazanırsız. 2012-ci ildə atan Qalib Salahzadə tərəfindən mənə qarşı törədilənlər ermənilərin Qarabağda etdikləri ilə müqayisə oluna bilər. Bu acı həqiqətdir. 9 il əvvəl atan Bilgəhdə 2 mərtəbəli və 3 mərtəbəli evlərimi dağıdandan sonra özəl torpağımı sənin həyat yoldaşın, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qızının adına keçirdi, "kupça” aldı.

O gündən məhkəmələr torpağın mənə məxsus olmasını dəfələrlə təsdiq edən qərarlar veriblər.

Əliabbas Salahzadə, deyə bilməzsən ki, mənə qarşı atan Qalib Salahzadə tərəfindən törədilən ağır cinayətlərdən xəbərsizsən. Xəbərin var, bilirsən ki, haramçılıqla ələ keçirlən özəl mülkiyyətimi atan sənin uşaqlarının anasının adına keçirməklə özünü sığortalayıb. Amma sən də buna etiraz etməmisən. Deməmisən ki, bəs bizə haram mal lazım deyil. Əliabbas Salahzadə, məsələni qayınatana, hörmətli Şeyxə qədər çatdırmışam. O da yaxasını kənara çəkib. Düz 2 dəfə Qafqaz Müsəlmanları İdarəsinə gedib hörmətli Şeyxdən bu cinayətə, haramçılığa, talançılığa son qoymasını tələb etmək istəmişəm. Düşünmüşəm ki, halal-haram məsələlərini kim də bilməsə, Allahşükür Paşazadə tutduğu vəzifəyə görə bilməmiş deyil. Məni qəbul etmək, dinləmək belə istəməyib. Başa düşürəm, bir ata üçün qızının adına haram olması şübhə doğurmayan mülkün rəsmiləşməsi ağır məsələdir. Ən azı insanlıq naminə məni qəbul edib dinləyə bilərdi. Hakimimiz Allahımız olsun deyib, üçüncü dəfə Qafqaz Müsəlmanları İdarəsinə getmədim.

Əliabbas Salahzadə, sənə dağıdılan evlərimdən uşaqlarımın oyuncaqlarının harada olması haqda da suallar vermək istəyirəm. Bax elə sənin evində, bəli, yaşadığın evdə uşaqlarının oynadığı oyuncaqlar mənim övladlarımın ola bilər! Bəli, səhv oxumursan. Atan Qalib Salahzadədən soruş, öyrən gör, sənin evinə gətirdiyi oyuncaqlar mənim talanan mülkümdən deyil ki?

Bu gün mən, müstəqil Azərbaycanın vətəndaşı 9 ildir ki, feodalizm dövrünə aid üsulla özəl mülkümdən varvarcasına çıxarılmışam! Buna edən isə atan Qalib Salahzadədir. Atan mənə qarşı bu cinayətləri cibində deputat mandatı gəzdirdiyi günlərdə törədib.

O günlərdə parlamentə gedib qəbuluna yazıldım. Bəli, mülklərimin varvarcasına dağıdılması, özümün, ailə üzvlərimin, azyaşlı uşaqlarımın paltarlarının, oyuncaqlarının belə talanmasına görə ondan izahat istəyəcəkdim. Dedilər ki, Qalib Salahzadə heç kimi qəbul eləmir. Ona görə Zeynəb Xanlarovaya müraciət etdim. O da Arif Rəhimzadəyə yönləndirdi. Elə həmin gün mənə qarşı qanunsuzluğun miqyasının düşündüyümdən də geniş olduğunu anladım. Arif Rəhimzadə dedi ki, hər gün qəbuluna respublikanın hər tərəfindən 10-15 nəfər gəlir. Gələn şikayətçilərin də 4-5 nəfəri təkcə atan Qalib Salahzadədən və onun vaxtilə rəhbəri olduğu Bilgəh bələdiyyəsindən şikayətçidir.

Əliabbas Salahzadə, bir məsələni də bilməyini vacib sayıram. Mən Azərbaycan dövlətinə inanıram, güvənirəm. Bilirəm ki, gec-tez mənə qarşı baş verənlərə görə atan da, onun cinayətinə susqunluq nümayiş etdirdiyinə, zəbt edilməsi şübhə doğurmayan torpağımın ailənin adına keçirildiyinə görə sən də qanun qarşısında cavab verəcəksiniz. Mən Allahın ədalətinə, dövlətin gücünə əminəm.

P.S. Məktubda adı hallanan hər bir kəsi dinləməyə hazırıq.
"Yeni Müsavat”

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər