Gündəm
Gündəm / Sosial
Bulvarda özünü dənizə atan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.