Gündəm

İrandan növbəti erməni CANFƏŞANLIĞI...
İran Elmi Hövzələri İdarəetmə Mərkəzi tərəfindən təşkil edilən ilk "Beynəlxalq 17 Rəbiul-əvvəl Qarabağ Konfransı" 1 may 2021-ci il tarixində Qum şəhərində keçiriləcək.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, konfransda İranın Ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin 3 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ böhranı ilə əlaqədar çıxışı dəyərləndiriləcək.

Məlumata görə, tədbirdə İran, Azərbaycan və Qafqazdan aparıcı İslam alimləri iştirak edəcəklər və "Azərbaycan torpaqları azad edilməlidir", "Qarabağ ərazilərindəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir", "İki tərəf beynəlxalq sərhədləri pozmamalıdır", "Terroristlər İran sərhədlərinə yaxınlaşsa kəskin cavab verəcəyik" mövzu başlıqları müzakirə ediləcək.

Maraqlıdır ki, sözdə guya şiə dünyasının ən böyük dini-elmi mərkəzlərindən sayılan Qumda keçirilməsi planlaşdırılan konfransda ilk baxışda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müdafiə olunur. Tədbirdə müzakirə olunacaq məsələlərin başlıqları isə 2-1 hesabı ilə ermənilərin xeyrinə göstərilir.

İrandan növbəti erməni CANFƏŞANLIĞI...

Ermənilərin xeyrinə olan müzakirə mövzularından biri Qarabağda ermənilərinin təhlükəsizliyi ilə bağlıdır. Nədənsə Azərbaycanın ərazisində erməni canıyananlığından çıxış edən İran unudur ki, bu gün Ermənistan ərazisində bir azərbaycanlıya da rast gəlmək mümkün deyil. Rusiyanın 200 illik imperialist siyasəti nəticəsində Azərbaycan türkləri öz əzəli torpaqlarından kütləvi şəkildə sürgün edilib və yerlərinə ermənilər doldurulub. Təkcə ötən əsrdə 4 dəfə böyük departasiya hadisəsi yaşanıb, dədə-baba yurdlarımız erməniləşdirilib. İlk dəfə 1905-1910-cu illərdə yürüdülən bu siyasət, daha sonra 1918-1920-ci illərdə daha geniş vüsət alıb. Üçüncü böyük deportasiya hadisəsi 1948-1953-ci illərdə, sonuncusu isə 1988-1992-ci illərdə baş verib. Bu sürgünlər zamanı Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, onminlərlə evlər dağıdılıb, yandırılıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 mindən çox insan vəhşicəsinə qətlə yetirilib, 1 milyona yaxın azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Bundan başqa, ermənilər Qərbi Azərbaycandan müsəlman izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər.

İran isə bu müddət ərzində bir dəfə də olsun, səsini çıxarıb ermənilərə və ruslara "gözün üstə qaşın var”, - deməyib. İndisə Azərbaycanın hətta beynəlxalq arenada tanınan ərazilərində öz suveren haqlarını bərpa etmək şansı yarananda yenə İranı ərazilərimizə "sülhməramlı qoşunlarını” göndərərək Qarabağ probleminin həllinə mane olan Rusiyanın və müsəlman qanına susamış ermənilərin yanında görürük.

Üstəlik, İran Elmi Hövzələri İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans Xocalı soyqırımının ildönümü ərəfəsinə düşür və tədbirdə müsəlmanların qanını içən "ermənilərin təhlükəsizliyinin təmin olunması” tələb edilməsi nəzərdə tutulur. Halbuki Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud günüdür. İranın din xadimləri müsəlman Azərbaycan xalqına hörmət etmirlərsə, etməsinlər, heç olmasa İslam peyğəmbərinə və şiə məzhəbinin əsasını qoyan İmam Cəfər Sadiqin əziz ruhuna sayqı duysunlar. O kəslərə ki, "Çində bir müsəlmanın ayağına tikan batsa, mənim ürəyimə qılınc sancılır” deyərək İslam həmrəyliyini təbliğ edirdilər.

İrandan növbəti erməni CANFƏŞANLIĞI...

Konfransın müzakirə mövzularından digəri birbaşa ermənilərlə bağlı olmasa belə, hər halda onların əsassız iddialarını təsdiqləmək məqsədi güdür. Məlum olduğu kimi, 44 günlük savaş boyunca ermənilər daş atıb başlarını tuturdular ki, guya, Azərbaycan Suriyadan, Yaxın Şərqdən muzdlu terrorçular gətirib Qarabağda savaşdırır. Halbuki, Azərbaycan əsgərinin bu müharibəni ən müasir silahlarla, texnikalarla apardığını ermənilərin özləri belə etiraf edirlər. Ordumuzun hansısa terrorçunun bacara bilməyəcəyi, yalnız hərbi mütəxəssislər tərəfindən aparılan bu müharibənin metodları dünyanın ən qüdrətli hərbi strukturları tərəfindən öyrənilir. Belə mübarizəni terrorçuların ayağına yazmaq Azərbaycan ordusunun ortaya qoyduğu dəyanəti xor görməklə yanaşı, müasir hərbi texnologiyalardan başı çıxmamağın göstəricisidir. Ya da sadəcə qısqanclıq hissindən qaynaqlanır.

Sirr deyil ki, İran da Azərbaycan ordusunun 44 günlük müharibədə dosta-düşmənə verdiyi dərsdən nəticə çıxarmış və Rusiyadan sifariş etdiyi bir çox silahları almaqdan boyun qaçırmışdı. Məhz bu səbəbdən İranın ermənilər tərəfindən irəli sürülən "muzdlu terrorçular” versiyasına inandığının düşünmürəm. Belə çıxır ki, Tehranın yeganə məqsədi Azərbaycan ordusunun uğurlarını ört-basdır etməkdir. Bu da məsələyə qısqanc yanaşmanın əlaməti və Dağlıq Qarabağ uğrunda aparılan son döyüşlərdə şəhadət şərbəti içən 3 min əsgərimizin fədakarlığına, qəhrəmanlığına kölgə salmaq kimi qiymətləndirilə bilər.

Digər tərəfdən "Terroristlər İran sərhədlərinə yaxınlaşsa kəskin cavab verəcəyik" sözləriylə Qum müctehidləri nə demək istəyirlər? Onlar anlamalıdırlar ki, sərhəd deyiləndə iki dövlət arasındakı birinin ərazilərinin bitib digərinin torpaqlarının və bu torpaqlar üzərindəki suverenlik haqlarının başladığı yer nəzərdə tutulur və bu məkanda terrorçular yox, sərhədçilər dayanırlar.

İrandan növbəti erməni CANFƏŞANLIĞI...

Üstəlik, sərhədlərin mühafizəsi Qum ayətullahları tərəfindən yox, beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq hüquqa əsasən isə, İranın sərhəddə açdığı mərmi ən uzağı Arazın ortasına qədər gələ bilər. Arazın ortasında havada donub qalmasa, bu, sərhədlərin pozulması anlamına gələr və savaş səbəbi sayılar. Ayətullahlar da gərək bu məqama diqqət yetirə və atəş açmamışdan əvvəl mərmilərə harda dayanmasına qərar verəcəyini anlaması üçün ağıl duası yaza, onların üzünə üfləyə. Əks halda, İran sərbazlarının da adekvat cavab almaları qaçılmaz ola bilər. Baxmayaraq ki, Azərbaycan dövləti bunu arzulamır və Qum müctehidlərindən fərqli olaraq İranla sərhədə "dostluq və qardaşlıq tellərinin qovşağı” kimi baxır. Amma qardaş ərköyünlüyünə dözəcək qədər çarəsiz və "üzüyola” də deyil.

Ən əsası isə, Qarabağ Azərbaycan ərazisidir və bu torpaqda yaşayan hər bir vətəndaşın təhlükəsizliyini qorumaq ölkəmizin 1 nömrəli vəzifəsidir. Hər bir müstəqil dövlət kimi Azərbaycan da öz hüquq və vəzifələrinin xaricilər tərəfindən yada salınmasını daxili işlərə qarışmaq kimi qiymətləndirməli və buna təşəbbüs edənlərə "evin şüşədənsə qonşunun dəmir qapısına daş atma” aforizmini xatırlatmalıdır. Xüsusilə daş atan əgər İrandırsa... Zira bu ölkədəki 40 milyon türkdən fərqli olaraq, bir ovuc Qarabağ ermənisinin öz dilində yazıb oxumaq hüququ hər zaman olub, bu gün də var, özlərini bu ölkənin vətəndaşları (klassik təbirlə desək adam) kimi apara bilsələr, sabah da olacaq. Hesab edirəm ki, Azərbaycan XİN bu mesajı açıq şəkildə İranın diqqətinə çatdırmalı və Qumda keçirilməsi planlaşdırılan konfransın dərhal dayandırılmasını tələb etməlidir.

İrandan növbəti erməni CANFƏŞANLIĞI...

Yeri gəlmişkən, bizim anlamadığımız ən maraqlı xüsus erməni "canıyananlığı”na xidmət edən bu konfransda Azərbaycanın din alimlərindən kimin iştiraka hazırlaşması ilə əlaqədardır. Qafqaz Müsəlmanları İdarəsi zəhmət çəkib bu suala da aydınlıq gətirməlidir. Dövlətin müvafiq qurumları Şeyxülislam həzrətlərinə başa salmalıdır ki, Azərbaycan onun üçün Çexiyadakı müəssisələri deyil, istədiyi kimi hərəkət edə. Burası yeni müstəqillik qazanmasına baxmayaraq, minillik dövlətçilik ənənəsinə və şüuruna malik ölkədir və din xadimlərimiz də bu şüurla hərəkət etməyi bacarmalıdırlar.

Xatırladaq ki, Qumda keçiriləcəyi planlaşdırılan konfrans İran dini lideri Ayətullah Seyyid Əli Xameneinin 3 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ böhranı ilə əlaqədar çıxışının tezislərinə həsr olunur. Müharibənin bitməsinə bir neçə gün qalmış dini lider tərəfindən dilə gətirilən bu tezislər "toydan sonra çalınan nağara” səsinə bənzəyirdi və problemin mahiyyətinə zidd xaric səslərlə dolu idi. Qum müctehidləri bu gecikmiş "nağara səsini” unutdurmaq əvəzinə, yenidən yada salmaqla Xamenei həzrətlərinə nəinki düzgün xidmət göstərmirlər, əksinə, onun öz ölkəsinin sərhədlərində baş verən hadisələri vaxtında qiymətləndirəcək qədər uzaqgörən olmadığını bir daha təsdiqləməyə çalışırlar. Biz hələ müsəlman dini liderin öz dindaşlarının əvəzinə təcavüzkar erməniləri dəstəkləməsindən danışmır və Maidə surəsinin 51-ci ayəsini onun yadına salmırıq: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”

Heydər Oğuz,
Ovqat.com

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər