Gündəm

"Koronavirus məsələsində böyük biznes maraqları da var” - Yaqub Məmmədov
 
 
 
 
 
 
 
 
 "Dünyada koronavirusla bağlı vəziyyətin bundan sonra necə olacağını demək çətindir. Mən bu sahənin mütəxəssisi deyiləm, amma fikrimcə, vaksinləşmə başa çatana qədər koronavirus davam edəcək. Burada böyük maraqlar da var. Vaksinasiya elə-belə məsələ deyil, o qədər vaksin istehsal olunur. Həmin vaksinlər satılmalıdır. Başqa sözlə, burada həm də böyük biznes maraqları var”.

Bu sözləri Reyting.az-a Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, tibb elmləri doktoru, professor Yaqub Məmmədov COVİD-19 infeksiyası və mümkün təhlükələr haqqında danışarkən deyib.

Yaqub Məmmədov xatırladıb ki, koronavirus pandemiyası meydana çıxanda bu işdə böyük şirkət və korporasiyaların maraqları olduğunu deyib: "Əlbəttə, böyük dövlətlərin və şirkətlərin həm də böyük iqtisadi-siyasi maraqları var. Diqqət edin, biri başa çatmadan digər mutasiyadan bəhs olunur, o bitmədən üçüncü dalğa haqqında fikirləri eşidirik. Görünən odur ki, bu proses uzanacaq”.

Tibb professorunun fikrincə, bu gün real vəziyyət belədir ki, koronavirusun peyvənddən savayı spesfik müalicəsi yoxdur: "Ona görə də, vaksinasiyanı etdirmək lazımdır. Başqa müalicə yolu yoxdur. Simptomatik müalicənin nə effekti ola bilər? Ağrıyırsansa, ağrıkəsiçi, öskürürsənsə, sirop içməklə tam müalicə olunmursan”.

Professorun ehtimalına görə, zaman keçdikcə koronavirus tədricən yox olacaq: "Koronavirus yeni başlayanda böyük gərginlik, psixoloji əsəbilik yarandı, aləm qarışdı. Məncə, bu gərginlik də tədricən səngiyir”.

Maska taxmaq və sosial məsafə saxlamaqla bağlı dünyada iki yanaşmanın olduğuna diqqət çəkən Y. Məmmədov hesab edir ki, insanlar maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır. Onun fikrincə, hər bir şəxs həm də özünün həkimi olmalı, infeksiyadan qorunmalıdır: "Maskadan istifadə etməliyik. Bu sahəyə baxan mütəxəssislər də deyirlər ki, sosial məsafə, maska məsələsinə ciddi yanaşılmalıdır. Bunun heç bir ziyanı yoxdur. Qorunma vasitələrindən insanlarımızın istifadəsini tövsiyə edirəm”. / Dia.az


17-02-2021, 09:17

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər