Dünya

 Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı








"Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.

Bu barədə "Habertürk” məlumat yayıb.

"Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik", - deyə o qeyd edib.

"Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar "Fintech” festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, "Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə "Moderna”, "AstraZeneca”, "Johnson Johnson” və "Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.

Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra pandemiya bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır”.

"Bill Melinda Gates” Fondu artıq "AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə əməkdaşlığa başlayıb. Qeyts "Novavax” peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə "Johnson Johnson” şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.

 


9-12-2020, 10:31

Son xəbərlər

Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək (FƏRMAN)

Binəqədi rayonunda bu tikintidən heç bir qurumun məlumatı yoxdur? -Videofakt

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər

İcra başçılarının maaşı narazılıq doğurdu – təklif

Yeni icra başçısı köməkçisini işdən çıxardı

İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı - SƏBƏB

Bakıda şort geyindiyi üçün anasını qətlə yetirən HAKİM QARŞISINDA

Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Bu vəsaiti kimlər ala biləcək?

Bina evində yaşayanlar bələdiyyələrə VERGİ ÖDƏMƏLİDİRLƏR — AÇIQLAMA

Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıblar

Əli Həsənovun acgözlüyü: Naxçıvandakı “Şəhidlər Binası”ndan da ev mənimsəyib

Qazsızmadan partlayan plazanın qarısındakı yolu AAYDA çəkirmiş

İranlı deputat: “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək”

Azərbaycanda məlumat anbarı və gölü yaradılacaq

ABŞ və Ukrayna nümayəndələri yeni sülh planı hazırladı

İlham Əliyev forum iştirakçılarına müraciət etdi

İnternetdə fahişəliyə çağırış edənlər cərimələnəcək

Partlayışda xəsarət alanlardan 4-ü başqa xəstəxanaya köçürülüb – RƏSMİ

Müdafiə Sənayesi Nazirliyi 12 ədəd maşın alır

“Narahatlığa heç bir əsas yoxdur” – MN

Azərbaycan hərbçilərini Qəzzaya göndərməyəcək

Zelenskidən Cenevrə danışıqlarının ilkin nəticələri ilə bağlı açıqlama

ABŞ üçtərəfli görüşdən imtina edib - KİV

Sular çəkildi, qədim kənd üzə çıxdı - VİDEO

Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı

Tramp Vensin dostunu elçi təyin etdi: Amerikalı generallar Moskvaya gedir

ABŞ-də atışma oldu

Prezident açılış etdi - FOTOLAR

“Valensiya” “Levante”ni məğlub etdi

Direktorların işə qəbulu zamanı üstünlük veriləcək namizədlər müəyyənləşdi

Həftəsonu səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!

Bütün xəbərlər