mumtv.az
mumtv.az

İtaliya COVID-19 peyvəndinin könüllü sınaqlarına başlayır

İtaliya COVID-19 peyvəndinin könüllü sınaqlarına başlayır
24-08-2020, 15:26 302 dəfə baxılıb

İtaliya COVID-19 peyvəndinin könüllü sınaqlarına başlayır

İtaliya bu gün könüllülər üzərində hazırladığı COVID-19 peyvəndinin klinik sınaqlarına başlayıb.

Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Romanın Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Françesko Vaia açıqlama verib. O, "Grad-CoV2” adlandırılan peyvənd sınaqlarının ilk mərhələsinin başlandığını bildirib.

"Bu mərhələdə verilmiş dozanın xəstəyə yan təsirləri olub-olmadığı, orqanizmdə neytrallaşdırıla bilən və viral replikasiyanı dayandıra bilən antikor istehsal etmək gücünə sahib olub- olmadığı yoxlanılacaq”,- deyə Françesko Vaia qeyd edib.

 

Vaia peyvəndin nəticəsini öyrənmək üçün təyin olunan doza nümunələrinin 12 həftə ərzində müşahidə ediləcəyini və araşdırmanın ümumilikdə 24 həftə davam edəcəyini bildirib.

Peyvənd təcrübələrini 2-ci və 3-cü mərhələlərdə, virusun yüksək sürətlə yayıldığı Braziliya və Meksika kimi yerlərdə davam etmək istədiklərini deyən Vaia "Hər şey yaxşı gedir, əgər bu sınağı il ərzində bitirsək, sürətli və müvəffəq olsaq, gələn ilin yazına qədər peyvəndi ticari səviyyədə istifadə edə biləcəyik”,- deyə sözlərinə əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA