Gündəm

Metro bağlı, avtobus basabas: Məktəbləri açmaq təhlükəli olmayacaq?
Sərt karantinin yumşalması ilə bağlı qərar veriləndən sonra təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı məsələ gündəmə gəlib.

Məlum olduğu kimi, yanvarın 22-də Təhsil naziri Emin Əmirullayev brifinq keçirərək, məsələyə aydınlıq gətirəcək. Hələ ki, hansı qərarın veriləcəyi bəlli olmasa da, ictimaiyyətdə müxtəlif fikirlər mövcuddur.

Təhsilin səviyyəsinin geriləməsini əsas gətirərək məktəblərin, o cümlədən də ali və orta ixtisas müəssisələrinin açılmasının tərəfdarı olanlar da var. Amma böyük əksəriyyət, xüsusilə də valideyinlər bunun narahatlığını yaşayırlar.

Belə ki, rəsmi olaraq yoluxma sayının xeyli azaldığı açıqlansa da, yolxuma faktı təsdiqlənməyənlər, yəni test etdirməyənlər, evdə özü hiss etdiyi əlamətlərə görə tanış həkim vasitəsilə müalicə olunanlar dəfələrlə çoxdur. Demək olar ki, hər kəsin ətrafında koronavirusa yoluxduğu ehtimal olunan, amma test olunmayan və xəstəliyi evdə keçirən şəxslər var. Digər tərəfdən, hazırda SMS-icazəsinin ləğv olunduğu, bəzi qadağaların götürüldüyü bir vaxtda sərnişindaşımda olan problemlər aradan qaldırılmayıb.

Metropolitenin fəaliyyəti bərpa olunmayıb, yerüstü nəqliyyat vasitələrində isə sıxlıq davam etməkdədir. Bu isə yoluxmanı artıran amillərdəndir. Məlumdur ki, mənzil başına daha sürətli çatmaq üçün metro daha əlvrişli nəqliyyat növüdür. Yollardakı tıxacları nəzərə alsaq, metronun 10 dəqiqəyə getdiyi yolu avtobusla bir saata ancaq getmək mümkündür. Bu isə həm də potensial virus daşıyıcıları ilə daha uzun müddət bir ortamda olmaq, daha çox yoluxma imkanı deməkdir.

Belə bir vəziyyətdə məktəblər təhlükə mənbəyinə çevirilə bilər. Koronavirus uşaqlar üçün təhlükəli hesab olunmasa da, hər halda onlar daşıyıcı olurlar və şagirdlərin bir qisminin ailəsində yaşlı, xəstə, immuniteti zəif olan şəxslərin olması təbiidir.

Digər tərəfdən, əgər əvvəl olduğu kimi hibrid forma seçilərsə, bu da təhlükənin azalması demək olmayacaq. Ailədə iki və daha artıq şagird övladı olan valideynlər onları növbəli qaydada məktəbə aparıb-gətirəndə daha çox problemlə üzləşəcəklər.

Cebhe.info-ya açıqlama verən professor Adil Qeybulla hesab edir ki, Abşeron yarımadasında əhalinin böyük əksəriyyəti koronavirusa yoluxub:

"Əgər bizdə vaksinasiya da başlanarsa, bir ay yarımdan sonra kollektiv immunitetə yaxın ola bilərik. Hətta vaksinasiya prosesi gedən müddətdə də koronavirusdan tam xilas olmaq mümkün deyil. Tam immunitet fomalaşana qədər maska taxılmalı, məsafə saxlanılmalı və digər qaydalara əməl edilməlidir. Bu da təxminən 1 ay yarım - 2 ay vaxt tələb edəcək. Əhalinin yoluxmayan hissəsinin də vaksinasiya olunması respublikada tam kolektiv immunitetin formalaşmasına gətirib çıxara bilər. Hər halda Azərbaycan özünü bu yolla xilas edə bilər. Bundan sonra biz artıq kütləvi tədbirlərə başlaya, sosial həyatı sərbəst formada davam etdirə bilərik. Həm dərslər başlaya, həm metro açıla bilər. Bütün bunlar vaksinasiyanın müəyyən səviyyəsindən sonra mümkündür”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, məktəblərin açılmasının tərəfdarıdır:

"Dərslər nə qədər tez başlasa, o qədər yaxşıdır”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər