Gündəm

MUMtv.az: - Ağcabədi rayonunda kanallara nəzarət üçün təhkim olunduğu bildirilən qadın əməkdaşlar iş şəraitindən narazı olduqlarını qeyd ediblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Video Telegram kanalımızda!

İddialara görə, kanalda su olmadığı halda belə, əməkdaşlardan səhər saat 09:00-dan axşam saat 18:00-dək kanal kənarında dayanmaq və hər iki saatdan bir videogörüntü çəkərək aidiyyəti quruma göndərmək tələb olunur.

"Vəzifəm hidrotexniki qurğulara nəzarətdir, əvəzində zibilə, qamışlara baxırıq, qurbağalar dalaşanda ayırırıq", - deyə qadın əməkdaşlardan biri gileylənir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda videoda yer alan şəxslərin qurumun əməkdaşları olduqları təsdiqlənib.

Qeyd olunub ki, görüntünü çəkən şəxs də ADSEA-nın əməkdaşı olub və işə gəlmədiyi üçün işdən azad edilib.

Qurumdan verilən məlumata görə, videoda görünən qadınlar hidrotexnika mühəndisidirlər və onların əsas vəzifələri kanallarda suyun səviyyəsinə nəzarət etməkdir. Bildirilib ki, rayonlarda bu cür ştatlar mövcuddur və əməkdaşlar suyun səviyyəsini, həmçinin suyun verilməsini izləməlidirlər:

"Əməkdaşların kilometrlərlə məsafə qət edərək kanallar boyunca gəzməsi tələb olunmur, onlar adətən yaşadıqları əraziyə yaxın sahələr üzrə müşahidəçi kimi təyin edilirlər. Sözügedən əməkdaşlar iş görməkdən imtina etdikləri üçün qəsdən kanal kənarında dayanaraq video çəkiblər. Məqsədləri isə işə gəlmədən əməkhaqqı almağa nail olmaq olmaqdır".

Qurumun məlumatında o da vurğulanıb ki, heç bir əməkdaşa gün ərzində kanal kənarında dayanaraq mütəmadi videogörüntü göndərmək tapşırığı verilməyib.

"Əsas tələb onların məsul olduqları ərazilərdə kanalların vəziyyətinə nəzarət etmək, mümkün problemlər barədə məlumat verməkdir. Əməkdaşlar işləmək istəmədikləri halda, qanunvericiliyə uyğun olaraq ərizə ilə işdən ayrılmalıdırlar. Əks halda isə üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər", - deyə məlumatda qeyd olunub.(Oxu.Az)


28-02-2026, 14:00

Son xəbərlər

"Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq

Ermənilərin Güney Azərbaycan qorxusu

DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

İrana hücumlarda 175 müəllim və şagird həlak olub

İran Netanyahunun ofisinə hücum edib

Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub

Gülüstan sarayı İsrailin hücumu nəticəsində zədələndi

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Moskvada partlayışda üç polis əməkdaşı həlak olub

İran səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə-İran sərhədində keçid dayandırıldı

Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

Moped və motosiklet sürücülərinə müraciət edildi

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Səhər azanında Tehranı vurdular

Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?

Dubay və Dohada partlayış səsləri eşidilir

İran Fars körfəzi ölkələrinə yeni zərbələr endirib

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?

Bəhreyn DİN: İran Salman limanı yaxınlığındakı obyektlərə zərbə endirib

Təl-Əvivdə partlayışlar

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

Bütün xəbərlər