Gündəm

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

"DogruXeber.az" xəbər verir ki, ötən gün tanınmış yazıçı, publisist, Yazıçılar Birliyinin üzvü Adəm İsmayıl Bakuvi Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində “Eşq mələyi” adlı romanını təqdim edib.

Təqdimat mərasimində Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Komunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Dilarə Əliyeva adına "Qadın Hüquqları Cəmiyyəti"nin sədri Novella Cəfəroğlu, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Səidə Qocamanlı, Ombudsman aparatının rəhbər əməkdaşları, xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Elxan Şirinov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aynur Sabitova, Azərbaycanda ilk dəfə bir yazıçının müəllifi olduğu kitabını həbsxanada təqdim etdiyini bildirib.

Qonaqlarla məhbus qadınlar arasında sual-cavab və maraqlı müzakirələr baş tutub. 4 saat davam edən tədbirdə kövrək, duyğu dolu anlar yaşanıb. Belə ki, həbsxananın qadın məhbusları da gələn qonaqlara sürpriz edərək, şeirlər söyləyib, mahnılar oxuyub və səhnəciklər göstəriblər. Cəzaçəkmə müəssisənin rəisi Elgiz İsmayılov sonda müəllifə və gələn qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, müəssisənin 500-ə yaxın qadın məhbusu müəllifin “Eşq mələyi” romanını bir neçə günə oxuyaraq bitirib. Təqdimatın nəticəsi olaraq, Ədliyyə Nazirliyinin rəhbər şəxsləri belə qərara aldı ki, bu cür tədbirlər adət halını alsın və digər müəssisələrdə də yazıçılarla görüşlər keçirilsin. Adəm İsmayıl Bakuvi gələn qonaqlara və rəhbər şəxslərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, müəllifin “Eşq mələyi” kitabının ilk təqdimatı 9-cu Beynəlxalq kitab sərgisində baş tutmuşdu. Kitaba qadınlar və gənclər arasında tez bir zamanda maraq yaranıb və 10 min nüsxəsi tez bir zamanda satılıb. Müəllif həmçinin artıq romanla bağlı film və serial dəvətləri aldığını da bildirib.

"DogruXeber.az" olaraq xatırladaq ki, noyabr ayının 12-də müəllifin Beynəlxalq Kitab sərgisində "Məhşərin divanı: Yalanın 17 anı" adlı, erməni xəyanətkarlığından bəhs edən daha bir kitabının da təqdimatı keçirilmişdi.

"Müasir ədəbi proseslər və yeni trendlər" mövzusunda tədbir keçirilib - FOTO+Video

DogruXeber.az

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO


“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

“Eşq mələyi”  - Qadın həbsxanasında kitab təqdimatı // VİDEO

Son xəbərlər

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Bütün xəbərlər