Gündəm
Gündəm / Dünya
İsrailin baş prokuroru vəzifəsinə ilk dəfə olaraq qadın təyin edilib
.jpg)
İsrailin Nazirlər Kabineti vəkil Qali Baarav-Miarunu ölkə hökumətinin hüquq müşaviri (Baş prokuror vəzifəsinə uyğun gəlir - red.) vəzifəsinə təsdiq edib.
"MUMtv.az" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Hökumətin keçmiş hüquq müşaviri Avixay Mandelblit isə 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verib.
Vəkil Baarav-Miara bu vəzifəyə üç namizəd arasından seçilib. Onun namizədliyi ədliyyə naziri Gideon Saar tərəfindən tövsiyə olunub.