Gündəm

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

Bu gün Azərbaycanda Zəfər bayramıdır. Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizlənib.

Daha sonra işğalda qalan digər ərazilərimiz - Laçın, Kəlbəcər, Ağdam rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunub.

Müharibədə qazanılan qələbə sözsüz ki, qəhrəman döyüşçülərimzin qanı-canı bahasına əldə edilib. Onların bir qisminə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

"Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsilə bağlı Fərman 2020-ci il dekabrın 31-də imzalanıb.

Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə aşağıdakı hərbçilər "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bu şərəfli adı layiq görülənlərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 13-ü polkovnik-leytenant, 1-i 1-ci dərəcəli kapitan, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman və 3-ü əsgərdir.

Vətən Müharibəsi Qəhrəmanı adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır.

"MUMtv.az" Modern.az-a istinadən saytı "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş 83 hərbçinin siyahısını yenidən təqdim edir:

Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant
İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor
Məmmədov Zaur Sabir oğlu – general-mayor
Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor
Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik
Ələkbərov Babək Mürsəl oğlu – polkovnik
Hüseynov Telman Əsgər oğlu – polkovnik
İsrayılov Raqif İbadulla oğlu – polkovnik
Qurbanov Babək Vahid oğlu – polkovnik
Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik
Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)
Sultanov Vüsal Eynulla oğlu – polkovnik
Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik
Zeynalov Zaur İlham oğlu – polkovnik
Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan
Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant
Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant
Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)
İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant
İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant
Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant
Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant
Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant
Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra)
Bağıyev Mirdamət Səristan oğlu – mayor
Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra)
Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra)
Həsənov Saleh Valeh oğlu – mayor
Hüseynquliyev Şahin Yusif oğlu – mayor
Hüseynov Zaur Rahat oğlu – mayor
Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra)
Qasımov Anar Misir oğlu – mayor
Quliyev Röyal İlham oğlu – mayor
Qurbanov Səfər Qurban oğlu – mayor
Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra)
Məmmədov Anar İbrahim oğlu – mayor
Orucov İlqar Rəhman oğlu – mayor
Səfərli Gündüz Ağamməd oğlu – mayor
Səfərov Elvin Sərraf oğlu – mayor
Şirinov Elnur Ramiz oğlu – mayor
Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra)
Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra)
Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra)
Bağırlı Qəzənfər Kərim oğlu – kapitan
Bədəlov Nicad Mehman oğlu – kapitan
Əliyev Fərid Vaqif oğlu – kapitan
Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra)
Hudulov Ramazan İzzət oğlu – kapitan
Qasımlı Rəşad Məzahir oğlu – kapitan
Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra)
Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra)
Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra)
Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra)
Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan
Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant
Balacayev İzzət Zakir oğlu – baş leytenant
Behbudov Cavid Ədalət oğlu – baş leytenant
Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra)
Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra)
İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra)
Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra)
Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra)
Hüseynov Yaşar Əhəd oğlu – baş gizir
İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra)
Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra)
Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra)
Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra)
Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra)
Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra)
Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir
Hüseynov Əli Rəşid oğlu – kiçik gizir
İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra)
Novruzov Amin Taciddin oğlu – kiçik gizir (ölümündən sonra)
Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra)
Abdullazadə Azər Rizvan oğlu – əsgər
Əflətov Murad İlyas oğlu – əsgər
Yaqubov Vüsal Elşən oğlu – əsgər.


Son xəbərlər

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Azərbaycan Bayrağı “Ginnesin rekordlar kitabı”na düşdü

Gürcü müxalifəti hərəkətə keçdi

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

2035-ci ilə qədər pinqvinlərin nəsli kəsilə bilər

İlham Əliyev ailə üzvləri ilə birlikdə Zəfər parkının açılışını etdi

Trampın maaşı nə qədər olacaq və nə qədər sərvəti var?

Şənbə gününə olan hava proqnozu

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi-“Məhkəmə qərarını saya salmır”-VİDEO

"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir" - Azərbaycan lideri

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə təsdiqləndi

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...

İlham Əliyev bu sazişi təsdiqlədi

Prezident bu qanunda dəyişiklik edib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında

Prezident və birinci xanım Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

Ehtiram Quliyev yeni şirkət yaratdı

"Ermənistan ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır" - Azərbaycan XİN

İlham Əliyev Şuşa ilə bağlı paylaşım etdi

Şuşanın azadlığından 4 il ötür

8 Noyabr Zəfər Günüdür - VİDEO

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Bütün xəbərlər