Gündəm
Gündəm / Cəmiyyət
Kəlbəcərin azad olunmasının ildönümüdür
Kəlbəcərin işğaldan azad edilməsindən 3 il ötür.
"MUMtv.az" xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.