Gündəm

8 Noyabr Zəfər Günüdür - VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

"MUMtv.az" xatırladır ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmizlənib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. 

8 noyabr ölkədə qeyri-iş günüdür.



Son xəbərlər

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Azərbaycan Bayrağı “Ginnesin rekordlar kitabı”na düşdü

Gürcü müxalifəti hərəkətə keçdi

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

2035-ci ilə qədər pinqvinlərin nəsli kəsilə bilər

İlham Əliyev ailə üzvləri ilə birlikdə Zəfər parkının açılışını etdi

Trampın maaşı nə qədər olacaq və nə qədər sərvəti var?

Şənbə gününə olan hava proqnozu

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi-“Məhkəmə qərarını saya salmır”-VİDEO

"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir" - Azərbaycan lideri

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə təsdiqləndi

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...

İlham Əliyev bu sazişi təsdiqlədi

Prezident bu qanunda dəyişiklik edib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında

Prezident və birinci xanım Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

Ehtiram Quliyev yeni şirkət yaratdı

"Ermənistan ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır" - Azərbaycan XİN

İlham Əliyev Şuşa ilə bağlı paylaşım etdi

Şuşanın azadlığından 4 il ötür

8 Noyabr Zəfər Günüdür - VİDEO

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Bütün xəbərlər