Gündəm

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

"MUMtv.az" ADY-yə istinadən xəbər verir ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanır. Belə ki, qatarlar noyabrın 11-dən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı–Ağstafa–Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.


Son xəbərlər

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Azərbaycan Bayrağı “Ginnesin rekordlar kitabı”na düşdü

Gürcü müxalifəti hərəkətə keçdi

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

2035-ci ilə qədər pinqvinlərin nəsli kəsilə bilər

İlham Əliyev ailə üzvləri ilə birlikdə Zəfər parkının açılışını etdi

Trampın maaşı nə qədər olacaq və nə qədər sərvəti var?

Şənbə gününə olan hava proqnozu

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi-“Məhkəmə qərarını saya salmır”-VİDEO

"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir" - Azərbaycan lideri

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə təsdiqləndi

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...

İlham Əliyev bu sazişi təsdiqlədi

Prezident bu qanunda dəyişiklik edib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında

Prezident və birinci xanım Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

Ehtiram Quliyev yeni şirkət yaratdı

"Ermənistan ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır" - Azərbaycan XİN

İlham Əliyev Şuşa ilə bağlı paylaşım etdi

Şuşanın azadlığından 4 il ötür

8 Noyabr Zəfər Günüdür - VİDEO

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Bütün xəbərlər