Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Ehtiram Quliyev yeni şirkət yaratdı
Ölkənin aparacı şirkətlərindən biri olan "Huner Group” MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
"MUMtv.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, dövlət qeydiyyatına alınan şirkət "Turan FK” MMC adlanır.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu Azərbaycan ev 54, m. 2-də yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz” futbol klubunun İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.