Gündəm
Gündəm / Cəmiyyət / Sosial
Onlar Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.
ADY-dən "MUMtv.az"a verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.