Gündəm

Almaniya şirkətləri Azərbaycanda dəmiryol layihələrini maliyyələşdirə bilər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Azərbaycan Dəmir Yolları” QSC-də Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları”dan "APA-Economics”ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov qonağa son dövrlərdə dəmir yollarında aparılan islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

"Görüşdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu, inkişaf strategiyası, beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları, iştirakçı ölkələrlə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu dəhlizhəmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq və iqtisadi əlaqələri genişləndirəcək”, - məlumatda qeyd olunur.

 

Cəmiyyət sədri bildirib ki, dəmir yollarında kontakt şəbəkəsinin yenilənməsi, rabitə-işarəvermə sisteminin, enerji təsərrüfatının layihələndirilməsi və yenidən qurulması işlərinin satın alınması məqsədi ilə tender prosesi davam etdirilir. Tenderdə Almaniya şirkətinin də iştirak etdiyi vurğulanıb.

Məlumat verilib ki, "Azərbaycan Dəmir Yolları” QSC Almaniya, İsveçrə, Avstriya kimi ölkələrin beynəlxalq nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.

Səfir Volfqanq Maniq isə "Alman Dəmir Yolu” SC-nin yaranma tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, ikitərəfli əlaqələrin genişləndirilməsində, alman şirkətlərinin Azərbaycanda dəmir yolu sahəsində gerçəkləşdiriləcək layihələrə investisiya yatırımında maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və mümkün istiqamətləri müzakirə olunub.


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər