Gündəm

Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır – Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib..

MUMtv.az” Azxeber.com-a istinadən xəbər verir ki, müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.

Ancaq müsabiqənin ekspert komissiyasının kimlərdən ibarət olduğu açıqlanmayıb. Onların hansı kriteriyalar ilə layihələrə səs verdiyi də bəlli deyil.

Nazirliyini yaydığı press-relizdə neçə təşkilatın müsabiqədə iştirak etdiyi də qeyd edilməyib.

Burada daha bir diqqətçəkən məqam isə müsabiqə nəticələrinin rəsmi elanda göstəriləndən 4 ay sonra açıqlanmasıdır.

Belə ki, AGİN müsabiqə ilə bağlı rəsmi elanında müsabiqənin nəticələrinin 2024-cü ilin aprel ayında elan olunacağını bildirmişdi. Ancaq nəticələr bu tarixdən düz 4 ay 1 gün sonra açıqlandı.

Bu gecikmədə diqqətçəkən məqamlardan biri də nəticələrin Paris-2024 Olimpiya Oyunları zamanı açıqlanmasıdır.

Məlumdur ki, Azərbaycan idman ictimaiyyəti və nazir Fərid Qayıbov bütün diqqətini hazırda Parisdə baş tutan Olimpiya Oyunlarına yönəldib və nazir demək olar ki, hər yarışda idmançılarımızın yanındadır.

Bu gün həm də Azərbaycan beynəlxalq arenada tarixi uğura imza atıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi açılış mərasimində Fransa televiziyasının təxribatına görə rəsmi şəkildə Azərbaycandan üzr istəyib və eyni zamanda tarixdə ilk dəfə olaraq bir idman növündə 2 qızıl medal qazanmışıq.

Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır – Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələri

Bu ərəfədə nazirliyin gənclər siyasətinə məsul olan şəxslər isə tez-tələsik gənclər təşkilatları üçün nəticələri açıqlayaraq diqqəti özlərindən yayındırmağa və naziri hədəfə gətirməyə çalışırlar. Çünki məlumdur ki, müsabiqədə qrant almayan təşkilatlar haqlı və ya haqsız olmasından asılı olmayaraq nəticədən narazı qalırlar və hədəfdə birbaşa nazir olur.

Demək ki, AGİN daxilində kimlərsə bu məsələdə maraqlıdır və bu cür addımlarla hədəfi nazirə çevirmək istəyirlər.

Belə olmasaydı, 4 ay gecikən nəticələri daha 10 gün gözləyib açıqlamaq olardı.

Bu yerdə qeyd edək ki, qalib olan bəzi QHT-lərlə bağlı kiçik araşdırmamız nəticəsində məlum oldu ki, onların adı heç dünyanın ən məşhur axtarış platforması “google”də uğurlu layihə edən təşkilat kimi ortaya çıxmır.

Nazirliyin gənclər siyasətinə məsul olan şəxslər onları hansı əsasla qalib seçib?

Mövzuya yenidən qayıdacağıq və adları məşhur olmayan QHT-lərin layihələri və kimlərə məxsus olmaları haqda ətraflı məlumat verəcəyik.

Son xəbərlər

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

"Hər səhər mətbuatla tanış oluram" - Prezident

İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR

İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

"Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar" - Prezident

Üç kollecə direktor təyin edildi

Prezident tələbələrlə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışdı

Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

İşdə məhəbbət macərası - DƏHŞƏT // VİDEO

Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO

Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Vardanyan Bakı həbsxanasından Paşinyana CAVAB VERDİ

"Paşinyan dəhliz verməyə razı oldu" - Erməni KİV

Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO

Hər il dünyada 7 milyon insan bu xəstəlikdən ölür

İlham Əliyev Qarabağ Universitetinin açılışını etdi

Camaat borclanmaqda davam edir – Faktlara diqqət

Bu günə olan valyuta məzənnələri

İsrail Livana hava zərbələri endirməyə başladı - VİDEO

Azərbaycanda Dövlət Suverenliyi GÜNÜDÜR

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Bütün xəbərlər