mumtv.az
mumtv.az

Murad Dadaşov Gənclər və idman naziri gətirilir - İDDİA

Murad Dadaşov Gənclər və idman naziri gətirilir - İDDİA
27-05-2021, 17:55 126 dəfə baxılıb

Murad Dadaşov Gənclər və idman naziri gətirilir
Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta təyinat olmayıb.

Pravda.az xəbər portalına daxil olan məlumata görə, "Xəzər TV” MMC-nin Baş Direktoru Murad Dadaşovun sözügedən nazirliyə rəhbər gətirilməsi planlaşdırılır.
Mənbəmiz bildirib ki, Gənclər və idman naziri vəzifəsinə təyin olunması planlaşdırılan şəxslər arasında Murad Dadaşovun da adı var. Ona görə də, M.Dadaşov son zamanlar hər hansı bir məsələdə adının hallanmasını istəmir.

Qeyd edilir ki, M.Dadaşovun bir müddət öncə "Xəzər TV”-dən istefa verməsi ilə bağlı yayılan xəbərin məhz bununla əlaqəli olduğu bildirilir. "M Group Production”dan M.Dadaşovun "Xəzər TV”dən işdən ayrıldığını təsdiqləmişdilər. Sonradan "Xəzər TV” bu xəbəri təkzib etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA