Gündəm

ARKA-dan animasiya qalmaqalına reaksiya

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) "Narqız” qısametrajlı animasiya filminin istehsalı ilə bağlı qalmaqala münasibət bildirib.

"MUMtv.az" qeyd edir ki, ARKA-nın kino mədəniyyətinin təbliğatı şöbəsinin müdiri Səxavət Sahil Qaynarinfo-ya açıqlamasında bildirib ki, filmlə bağlı iddiaların əsası yoxdur.

"Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 18 iyul 2023-cü il tarixində elan olunan film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı - bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim etmişdilər. Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada paylaşılıb. Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert Şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib”, deyə Səxavət Sahil bildrib.

Onun sözlərinə görə, layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert Şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib:

"Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınıb. Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilib. Müsabiqənin qalib layihələrindən olan "Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu "Peri Film” MMC-ə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz. "Narqız” qısametrajlı animasiya filmi layihəsi ilə bağlı səsləndirlən fikirlərin heç bir əsası yoxdur. Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur”.

Məlumat üçün deyək ki, "Narqız” animasiyasının istehsalı ilə bağlı satınalma müsabiqəsi keçirilib. Lakin satınalma proseduru elektron formada olmayıb. Yeri gəlmişkən, dövlət satınalmalarının vahid internet portalında animasiyanın adı "Nərgiz” kimi qeyd edilib.

Animasiya sahəsində ixtisaslaşmış NME MMC-nin rəhbəri Nicat Manafov Qaynarinfo-ya açıqlamasında müsabiqənin şəffaflığını şübhə altına alıb. O, məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edəcəyini bildirib.


Son xəbərlər

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Bütün xəbərlər